Mixail Saakaşvili istefa verib

Gürcüstanın sabiq prezidenti, Odessanın qubernatoru olan Mixail Saakaşvili istefa verib.

O, qubernator postundan istefasını Saakaşvili özü elan edib:

“Mən istefa vermək və mübarizənin yeni mərhələsinə başlamaq istəyirəm. Əliboş qalmayacam, yorulmayacam. Qoy onlar məndən xilas olduqlarını düşünməsinlər. Mən bacardığım qədər gedən, və lazım olan qədər də davam edən bir əsgərəm. Tam qələbə, Ukraynanı bu zibildən, korrupsiya çirkabından xilas üçün lazım olan qədər…”

Saakaşvili Ukrayna prezidentinin ünvanına sərt  ittihamlar səsləndirib. O, P. Poroşenkonu cinayətkar “klan”ları himayə etməkdə günahlandırıb:

“Poroşenko ya Yanukoviç? Xalq üçün nə fərqi var ki, onları kim talan edəcək? Prezident Poroşenko deyirdi ki, ona Yatsenyuk mane olurdu. Biz “Təmizlik naminə” hərəkatını yaratdıq və Yatsenyukdan xilas olmaq üçün ona yardım etdik. Lakin prezident özü şəxsən Odessa vilayətində iki korrupsioner və kriminal klanı dəstəkləyir”.

Qafqazinfo xarici KİV-lərə istinadən qeyd edir ki, qubernatorun köməkçisi Darina Çij prezident Saakaşvilinin istefası ilə bağlı ərizəni imzalayana kimi o, vəzifəsində qalacaq və Odessanı tərk etməyi hələ ki, planlaşdırmır.

 

bastainfo.com



This post has been seen 22 times.

3 thoughts on “Mixail Saakaşvili istefa verib

  • 03.12.2016 at 20:47
    Permalink

    I know this if off topic but I’m looking into starting my own blog and was curious what all is needed to get set up? I’m assuming having a blog like yours would cost a pretty penny? I’m not very web smart so I’m not 100% positive. Any tips or advice would be greatly appreciated. Many thanks|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: