Müsavat başqanı veteran müsavatçını təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı İlqar Dadaşovu doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

 “Hörmətli  İlqar bəy!

Sizi 50 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz gənc yaşlarınızdan Azərbaycan Xalq Hərakatına qoşularaq, ölkəmizin istiqlalı uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Müsavat Partiyası bərpa olunduqdan sonra isə onun sıralarına qoşularaq ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətinin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz.

Hazırda Müsavat Partiyası Səbail rayon təşkilatının Şura üzvü kimi rayon təşkilatının güclənməsi, partiyanın qərarlarının icrası, Müsavat ideologiyasının təbliği, sıralarımızın artırılması və digər sahələrdə ciddi işlər görürsünüz. 

Siz eyni zamanda partiyanın iştirak etdiyi bütün seçkilərdə saxtakarlıqların qarşısının alınmasında mübarizlik göstərmisiniz. Siyasi mübarizədə üzləşdiyiniz repressiyalar zamanı nümayiş etdirdiyiniz cəsarət və əqidəyə sədaqətiniz xüsusi ilə təqdirəlayiqdir. Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, və təvəzökarlığınız partiyadaşlarınız və Sizi tanıyanlar arasında Sizə böyük nüfuz qazandırıb.

Siz həmçinin qayğıkeş ata, gözəl ailə başçısısınız. Övladlarınız və sizi tanıyan insanlar həmişə sizinlə qürur hissi keçirilər.

Hörmətli İlqar bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: