Müsavat “Nida”çı gənclərin həbsini pislədi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.  

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası ilə bağlı məlumat verib.

Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov “Nərgiz Yaqublu adına” mükafat komissiyasının toplantısı barədə danışıb. Bildirib ki, mükafata namizədlər irəli sürülüb, mükafatın müəyyən edilməsi ilə bağlı müzakirələr başlanılıb. 

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı vəkil Elton Quliyevin xatirəsinə həsr olunan futbol turnirində Müsavatçı Gənclər Təşkilatının uğurlu iştirakı barədə məlumat verib. Divan turnirin təşkilatçılarına və turnirdə qalib olan müsavatçı gənclərə təşəkkürünü bildirib. Qərara alınıb ki, qalib furbolçularla noyabrın 11-də partiya rəhbərliyinin görüşü təşkil olunsun. 

Müsavat başqanı Arif Hacılı partiya Məclisinin növbəti iclasının keçirilməsi məsələsini müzakirəyə çıxarıb. Divan Məclis toplantısının noyabrın 19-da saat 11-də çağırılması barədə qərar qəbul edib. 

Divan dünyasını dəyişmiş Məclis üzvü Könül Mirzəyevanın xatirəsi ilə bağlı noyabrın 17-də saat 15.00-da anım tədbiri keçirilməsini qərara alıb. 

Divan Gəncədə H.Əliyev adına parkda şüar yazan “NİDA” Vətəndaş Hərəkatının üzvləri – Elmir Təhmin və Tapdıq Məmmədovun həbsini pisləyərək, bunu ifadə azadlığına qarşı növbəti repressiya aktı kimi qiymətləndirib.

Divanda ölkə və dünyada gedən ictimai-siyasi proseslər, xüsusən ABŞ-da keçirilən Prezident seçkiləri geniş müzakirə olunub. Türkiyədə “Cümhuriyyət”qəzetinə qarşı basqılar, jurnalistlərin həbsi, internet imkanlarının məhdudlaşdırılması qardaş ölkənin demokratik imicinə və beynəlxalq nüfuzuna mənfi təsir kimi dəyərləndirilib.

Bastainfo.com 

One thought on “Müsavat “Nida”çı gənclərin həbsini pislədi

  • 02.12.2016 at 06:48
    Permalink

    Terrific post but I was wanting to know if you could write a litte more on this subject? I’d be very grateful if you could elaborate a little bit further. Bless you!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: