Zabil Müqabiloğlu xəstəxanaya yerləşdirilib

Bu gün səhər saatlarında jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Bu barədə jurnalistin yaxınları mətbuata məlumat veriblər. 

Məlumata əsasən, hazırda xəstənin vəziyyəti sabit ağırdır. 

Həkimin bildirdiyinə görə, Zabil Müqabiloğlunun qaraciyərində bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu, xəstənin həyatı üçün təhlükəli ola bilər.

Zabil Müqabiloğlu təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edir. 

Zabilin dost və həmkarlarının köməyinə ehtiyacı var.

Dəstəyinizi əsirgəməyin! 

bastainfo.com 

%d bloqqer bunu bəyənir: