ABŞ prezidentliyinə namizədlər seçki öncəsi son mitinqlərini keçirib

Hillary Clinton və Donald Trump seçki öncəsi seçiçilərə təkan vermək üçün sonuncu dəfə onlarla, Şimali Karolina, Pensilvaniya və Miçiqan ştatlarında mitinq keçirib.

Xanım Clinton “ümidli, inklüziv, geniş ürəkli Amerikanı” geri qaytarmağa çağırdığı vaxt cənab Trump tərəfdarlarına deyib ki, onların “korrupsiyalı sistemi dağıtmaq üçün əla şansları” var.

Səs faizlərinə görə Demokrat xanım Clinton rəqibi, Respublikaçı cənab Trump-dan 4 faiz səs çoxluğu ilə irəlidədir.

Rekord sayda, 46 milyondan çox amerikalı seçki öncəsi səslərini verib.

Filadelfiya, Pensilvaniya ştatlarında xanım Clinton səhnəyə məşhurlarla, Bruce Springsteen və Jon Bon Jovi, həmçinin həyat yoldaşı Bill, prezident Obama və onun xanımı Michelle-lə birlikdə çıxıb.

Cənab Obama seçiciləri “qorxudan imtina etməyə və ümidi seçməyə” çağırıb.

Bir qədər əvvəl radio müsahibəsində xanım Clinton deyib ki, əgər o prezident seçilsə cənab Trump-ı çağıracaq və ümid edir ki, ölkəni birlışdirməkdə o, “konstruktiv rol” oynaya biləcək.

Cənab Trump-ın yekun mitinqi Miçiqan ştatında keçirilib.

Bir qədər əvvəl Florida ştatında tərəfdarlarına deyib ki, o, “siyasətçi olmayıb” və bunlar onun sadəcə “xüsusi maraq olub”.

İş adamı FBI-ın xanım Clinton-un dövlət katibi işlədiyi müddətdə elektron məktub yazışmaları üçün oz şəsxi elektron ünvanından istifadəsi məsləsinə toxunaraq Hillary Clinton-u “prezidentlik postuna iddialı olan ən korrupsioner adam” kimi təsvir edib.

Bazar günü FBI xanım Clinton-un elektron məktublarında cinayət xarakterli hər hansı dəlil tapılmadığını bəyan edəndən sonra onun səs faizləri artıb.

Cənab Trump-a qarşı onun qətiyyətlə inkar etdiyi bir neçə cinsi zorakılıq və qadınlar haqqında ədəbsiz çıxış etməsi ilə bağlı ittihamlar irəli sürülüb.

 

Bastainfo.com 



This post has been seen 9 times.

2 thoughts on “ABŞ prezidentliyinə namizədlər seçki öncəsi son mitinqlərini keçirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: