Arif Hacılı müraciət etdi – Gənc, istedadlı jurnalustin həyatınının xilası üçün yardım edin

Xəbər verdiyimiz kimi dünən səhər saatlarında jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Zabil Müqabiloğlunun vəziyyəti ağırdır.

Jurnalistin həyatınının təhlükədə olduğunu xüsusi vurğulayan Müsavat başqanı Arif Hacılı imkanlı şəxsləri və xeyriyyəçiləri ona dəstək olmağa dəvət edib. Arif Hacılı bu barədə öz facebook səhifəsində yazıb:

Jurnalist Zabil Muqabiloqlunun vəziyyəti olduqca ağırdı. 

Təcili özəl klinikalardan birinə köçürülməlidi. 

İmkanlı xeyriyyəçilərə, özəl klinikaların sahiblərinə müraciət edirəm. 

Gənc, istedadlı jurnalustin həyatınının xilası üçün yardım edin. 

O indi 1 saylı şəhər klinikasında ( Semaşko ) 313 cü palatadadır.”

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: