Avropa mətbuatı Müsavat AKM-in konfransından yazdı

Müsavatın Almaniyada keçirilən konfransı Avropa mətbuatında işıqlandırılıb.

Almaniya çıxan nüfuzlu qəzetlərdən biri “Toplum” qəzetində dərc olunan  məqalədə bildirilir ki, oktyabrın 22-də Almaniyanın Frankfurt şəhərində Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) konfransı keçirilib. Konfrans “Kanal13”-ün feysbuk səhifəsindən canlı olaraq yayımlanıb.

Xatırladaq ki, seçkinin nəticələrinə əsasən İlham Həsən AKM-in sədri seçilib. Həmçinin qurumun 3 nəfərdən ibarət NTK-sı, və 11 nəfərdən ibarət Məclisi formalaşıb.

Məclis üzvü seçilənlər:

  1. Aybəniz Ağayeva
  2. Gülbəniz Bayramova
  3. Leyla Hacıyeva
  4. Vəfa Məmmədova
  5. Azər Bayramov
  6. Ceyhun Qubadov
  7. Əli Quliyev
  8. Habil Rəsulov
  9. Nurlan Əliyev
  10. Tural Həsənov
  11. Zakir Ağayev

NTK üzvü seçilənlər:

  1. Yafəz Həsənov (Əkrəmoğlu)
  2. Günel Zamanova
  3. Zərifə Əliyeva.

Həmçinin NTK-nın iclası keçirilib, Yafəz Həsənov (Əkrəmoğlu) NTK-nın sədri seçilib.

 

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: