Zabil Müqabiloğlunu xilas etmək mümkündü. Amma…

Tanınmış jurnalist, Gündemxeber.com saytının redaktoru Zabil Müqabiloğlunun vəziyyəti ağırdır

Bu gün Razim Əmiraslanlı, Dadaş Əhmədli və Xuraman Bağırova ilə birgə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) olan həmkarımızı ziyarət etdik. Zabil Müqabiloğlu bütün dostlara salam dedi, onun vəziyyətinə görə narahat olanlara təşəkkürünü bildirdi.Həkimlər daxili qanaxmanı dayandıra biliblər. 

Lakin qanaxmanın yenidən baş verməyəcəyinə təminat yoxdu. Həkimlər bildirib ki, ilkin olaraq qanaxma verən damarlarda əməliyyat aparılmalıdır. Amma bundan sonra qara ciyərin transplantasiyasına ehtiyac var. Zabil Müqabiloğlunu qara ciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündü.  

Lakin bütün həyatını mətbuata həsr edən və vicdanlı jurnalist olan Zabil Müqabiloğlunun bu müalicəni almağa maddi imkanı yoxdur. Qeyd edək ki, Zabil Müqabiloğlu “525-ci qəzet”, “Yeni Müsavat”, “Demokrat” və digər qəzetlərdə redaktor olub, Mətbuat Şurasının üzvüdür. Azərbaycanın Avropa Şurasında akreditasiyadan keçmiş jurnalistlərindən biridir.

Ümid edirik ki, əlaqədar qurumlar həmkarımızın həyatının xilas olması üçün mümkün olan addımları atacaqlar. 

Mustafa Hacıbəyli

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: