Amerika elə buna görə Amerikadır

Deyirdilər ki, güc mərkəzləri Hillari Klintonu prezident edəcək. Deyirdilər ki, Tramp kimi zəif namizədi qəsdən rəqib olaraq ortaya çixarıblar ki, Klinton qalib gələ bilsin. Deyirdilər ki, güc mərkəzləri qara dərili prezidentdən sonra, qadın-prezident seçib demokratiya görüntüsü yaradacaq.

Amerika seçicisi bu iddiaları alt-üst etdi. Obama administrasiyasının Klintona fəal dəstəyi də işə yaramadı. 

Amerika seçicisi eyni partiyanın 3-cü dəfə prezident seçkisindən qalib çıxmasını istəmədi. Yaxud vaxtı ilə prezident olmuş birinin ailə üzvünü görəv başında görmək istəmədi. Yaxud ona “düzgün” seçimi sırıyanların iradəsinə boyun əymək istəmədi. Ortaya öz iradəsini qoydu.

Dedi ki, qoy pis olsun, qoy təcrübəsiz olsun, amma mənim seçdiyim olsun. Sadə toplum, xususən əyalətlərdə yaşayan əhali siyasi elitaya qalib gəldi, ona yerini göstərdi. 

Namizəddən kiminsə xoşu gəlməyə bilər, amma  demokratiya ən yaxşı namizədin yox, ən çox səs toplayan namizədin prezident olmasını nəzərdə tutur. Tramp yox, demokratiyanın bu qaydası qalib gəldi… 

Yaşasın Demokratiya!  

Amerika elə buna görə Amerikadır.

– ABŞ ərazisinə görə dünyanın ən böyük ölkəsi deyil, o boyda Rusiya var;

– ABŞ əhalisinin sayına görə birinci deyil, o boyda Çin, Hindistan var; 

– ABŞ dünyanın ən çox təbii sərvətlərinə malik olan ölkəsi deyil, ərəb ölkələrinin təbii ehtiyatları daha çoxdu;

– ABŞ elmi-texniki tərəqqinin səviyyəsinə görə də 1-ci deyil, Yaponiya ondan öndədir;

– ABŞ öz tarixinə görə də qocaman ölkə deyil. 

Amma bütün bunlara rəğmən, ABŞ ən qüdrətli dövlətdir. Çünki bu ölkədə istər siyasətdə, istər biznesdə, istərsə də elm, incəsənət, idman və digər sahələrdə sağlam rəqabət var.

Yaşasın sağlam rəqabət!

Trampın seçilməsinə görə məyus olanlara bir təsəlli də vermək istəyirəm: dünyanın mövcud dəngələri bizi qane etmir. Cəmiyyətimiz azad deyil, əksəriyyətimiz yoxsulluq həddindəyik. Bizim vəziyyətimizin dəyişməsi üçün ilk növbədə dəngələr dəyişməlidir. 

20 ildən artıq siyasi elita mənsubu olaraq rəndələnmiş Hillari Klinton bu dəngələri dəyişməyəcəkdi. Unutmayaq ki, Heydər Əliyev 1993-cü ildə məhz Klintonun prezidentliyi dövründə hakimiyyətə gəlmişdi. 

Trampın seçilməsi bu gün üçün olmasa da, nəticə etibarı ilə bu dəngələrin müsbətə doğru dəyişməsinə səbəb ola bilər. 

2 thoughts on “Amerika elə buna görə Amerikadır

  • 30.11.2016 at 21:37
    Permalink

    24112 120055Some genuinely good and utilitarian information on this web site, as properly I believe the style has got excellent capabilities. 569860

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: