Elman Fəttah Oqtay Gülalıyevə: “İyrənc fırıldaqlarınıza bizi niyə qatırsız?”

“Çağırıb deyiblər ki, balıq istəyirsinizsə quyruğunuzu suya basın, bunlar həm də başlarını quma basıblar”

MSŞK üzvü, ötən ay barəsindəki cinayət işi xətm olunmuş Oqtay Gülalıyevin “Turan”da dərc etdiyi məqalə birmənalı qarşılanmayıb. Bu gün Müsavat başqanının müavini Elman Fəttah Oqtay Gülalıyevin Müsavatla bağlı ittihamlarına və digər fikirlərinə cavab verib. Elman Fəttahın yazısını təqdim edirik:

Haqqındakı uydurma cinayət işi yenicə bağlanıb, “demokratiya” adındakı QHT-si maliyyə naminə gələcəyin GONGOsu kimi qeydiyyata alınan Oqtay Gülalıyev həvəslənib yekə bir məqalə yazıb.

Yazını “ən güzel benim, benden güzel kim var?” stilində yazıb. 
“Sübut” edib ki, nəinki cəmiyyətdə, hətta koalisiyanın içində də ən və lap şəffaf vətəndaş odur. Yazı başdan ayağa ad çəkilmədən Müsavat Partiyasının (?) ittiham edilməsinə həsr olunub. Xilaskar prezidentlərinə ünvanladıqları müraciəti tənqid edən koalisiya şurası üzvünü də “ifşa” etməyi unutmayıb. 

Yaxşı, bu MSŞT adlı, hökümətdən, şirkətlərdən və sizdən ibarət koalisiyada heç bir üzvü olmayan Müsavat Partiyasını özünüzün qrant arzularınıza, iyrənc pul mənimsəmə fırıldaqlarınıza niyə qatırsınız? Bizim yananşmamız axı çox sadədir və hamıya aydındır. Müsavat Partiyası QHT (qrant) sektoru ilə öz arasında qalın divar çəkib. Vicdanlı olanları hər zaman alqışlamışıq. İndi də var. İndi də alqışlayırıq. Fırıldaqçı olanların isə (yaman da çoxdurlar) adını belə çəkmirik. Özünü süddən çıxmış ağ qaşıq, sayanlar və ölkədəki ağır insan haqları vəziyyətindən şəxsi maliyyə imkanlarını artırmaq üçün istifadə etməklə kifayətlənməyib rejimin ələkçisinə qıl verənlər, əlbəttə istisnadır. Bu prinsipial məsələdir. Bu halda susmuruq.

Son günlər də bu iki istisna baş verəndə susmadıq:

1. 2014-cü ildə rejim hüdudsuz repressiya dalğasına start verdi. Ölkədəki vicdanlı adamların əsas işi siyasi məhbusların müdafiəsini təşkil etmək oldu. Məhz bu vicdanlı insanların bir hissəsi min bir əziyyətlə 20 ildir davam edən “siyasi məhbus siyahıları” adlı qrant işbazlığına son verərək, fırıldaqçı “hüquq hucumçu”larını bu işdən kənarlaşdıraraq, bir işçi qrupu yaratdılar. Qısa zamanda ölkədəki siyasi məhbusların siyahısını peşekar şəkildə hazırladılar. Həm də bu iş üçün bir qəpik də pul yemədən. Müsavat Partiyası daxil olmaqla, demək olar bütün müxalifət təşkilatarı bu işçi qrupunun siyahısını vahid siyahı kimi tanıdığını bəyan etdi (digərləri isə siyasi məhbusları cinayətkar sayan hökümət sənədinə imza atdılar). Bununla da rejimin “siyahı” manevrlərinə son qoyuldu. 

“SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI” rejim üçün o qədər prinsipial məsələ idi ki, bu işdə əməyi olan hər kəs rejimin sərt zərbəsini yeməli oldu (siyahıdakı imzasından imtina etməyə məcbur edilənlər də oldu). İşçi qrupu üzvləri Leyla Yunus, Rəsul Cəfərov həbs edildi. 24 saat, 7 gün bütün işi siyasi məhbusları məhkəmələrdə müdafiə etmək olan Xalid Bağırov vəkillikdən çıxarıldı. Xədicə İsmayılın həbsində də bu vahid siyahı həlledici rol oynadı. 2014-cü ili noyabr ayında Yaglandın təşəbbüsü ilə bərpa edilən (2008-ci ildə rəsmi yaradılan) işçi qrupuna Xədicə İsmayıl vetosunu xatırlamanız yetərlidir. Daha sonrakı dövrlərdə, baxmayaraq ki, içşi qrupunun əsas şəxslərinin əksəriyyəti həbsə atıldı. Qrupun digər üzvləri təmənnasız olaraq bu peşəkar fəaliyyətlərini, zaman zaman siyahının yenilənməsi işi də daxil olmaqla, davam etdirdilər. Bir sözlə, rejimə qarşı mübarizə aparan bütün siyasi-ictimai təşkilatlara aydın idi ki, siyasi məhbuslar mövzusu və bu haqda siyahıların hazırlanması üzrə mandat 2014-cü ildə yaradılan “işçi qrupu”ndadır. Bəs bu il nə baş verdi? Siyasi məhbus məsələsində ictimaiyyətin tam etimadını qazanan işçi qrupunun hazırladığı siyasi məhbus siyahısına alternativ siyahı yaraddıldı. Və rejimin cəmi 2 il davam edən “siyasi məhbusların vahid siyahısı” təlaşına son qoyuldu. Müsavat Partiyası bu sobataja susa bilməzdi. Mövqeyini bildirdi ki, “uzun illər Azərbaycandaki siyasi məhbuslarla bağlı çoxsaylı, bəzən bir-birilə ziddiyyət təşkil edən siyahılar ortaya çıxıb. Bu da öz növbəsində siyasi məhbusların müdafiəsinin səmərəli təşkilinə ziyan vurub. Nəhayət, 2014-cü ildə bir İşçi Qrupu yaradılıb və həmin İşçi Qrupu siyasi məhbusların vahid siyahısını peşəkar kriteriyalara uyğun şəkildə hazırlayaraq yerli və beynəlxalq ictimaiyyətə təqdim edib. Müsavat Partiyası da siyasi məhbus məsələsində vahid siyahının olmasını son dərəcədə zəruri olduğunu vurğulayaraq, həmin İşçi Qrupunun hazırladığı siyasi məhbus siyahısını vahid siyahı kimi tanıyıb və yüksək qiymətləndirib. Müsavat Partiyası yenə də siyasi məhbuslarla bağlı siyahının vahid şəkildə olmasını zəruri hesab edir, bu işlə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələrini “Siyasi məhbuslar üzrə İşçi Qrupu”nun mandatı əsasında vahid siyahı ilə çıxış etməyə çağırır.” (Müsavat siyasi məhbusların siyahısı ilə bağlı çağırış etdi).

Oqtay Gülalıyevin Müsavata indiki səbəbsiz hucumu, əslində bu hadisə ilə bağlıdır. Baxmayaraq ki, biz, qəti amma son dərəcə də uyumlu şəkildə bildirmişdik ki. siyahını bölməyin. Amma nəinki bizə, heç “eyni komandadayıq” dediyi dostlarına belə məlum olmayan səbəbdən bu vahid siyahı məsələsini böldülər və legitimlik qazandırmaq cəhdi ilə də “lap və ən müxalifət”in çətiri altında yeni siyahılarının təqdimatını keçirdilər.

2. Koalisiya qovğası: Az əvvəl qeyd etdiyimiz 2014-cü ildə rejimin oyunlarından biri də Müsavat Partiyasının Qurultayı ilə bağlı idi. Uzun illər bütün seçkiləri Müsavat Partiyasına uduzan Əliyevlər rejimi partiyanın öz içində Müsavata qalib gəlməklə, nəhayət seçkili demokratiyadan öz xeyrinə istifadə etmək niyyətinə düşmüşdü. Start verdiyi QHT reprerssiyasındakı ən böyük fiqurunu həbs etməkdən vaz keçərək bu hədəfə odaklandı. Məqsədi Müsavat Partiyasının qurultayında müsavatçılara qalib gəlib 20 illik “seçki məğlubiyyəti” qisasını reallaşdırmaqdı. Alınmadı. Əliyevlər bu dəfə də seçkini uduzdu. Fiqurunu da götürüb qaytardı adamın ən yaxşı oynaya bildiyi meydana – “koalisiyaya”. 

Yaz aylarından bəri ictimaiyyət zaman zaman bu koalisiya söz söhbətləri haqda oxumalı olur. Koalisiyada müzakirələr əsasən qapalı (adındakı şəffaflığa uyğun) getsə də, bir müddət öncə bu kolasiyada xilaskar prezidentə mədhiyyə yazanlar və yazmaqdan imtina edənin kimliyi ictimaiyyətə məlum oldu. Burda qeyd edək ki, MSŞT adlı, tərkibində ifşa olunmuş çox saylı şırmaların olduğu bu qurum aydın olmayan səbəblərdən insan haqlarından tutmuş bir çox məsələlərdə (hansılarda ki, rejimin quyruğu qapı arasındadır) beynəlxalq təşkilatların qarşısında, sadə desək, Azərbaycanın rejim əlehydarlarını təmsil etmək mandatı əldə edib. Bu gözünə döndüklərimiz də “fürsət bu fürsət” deyərək, Beynəlxalq Şəffaflıq Kolasiyasının Astana toplantısı öncəsi xilaskar prezidenlərinə müraciət edib şəxsi problemlərini həll ediblər. Toplantıda da rejimə qarşı qərarın qəbul edilməsinə qarşı çıxıblar, ən azı rejimin əleyhinə qərarın qəbuluna cəhd etməkdən imtina ediblər. Sonra da mediada bunu prezidentin növbəti zəfəri kimi təqdim ediblər. 

Koalisiyanın rəhbərliyinə daxil olan şəxslərdən bu çirkin oyunda iştirakdan imtina edənlər məsələni ictimailəşdirib. Bizlər də münasibətimizi yazmışıq.

Həm siyasi məhbus siyahısı sabotajında, həm də koalisiyanın şəffaf qaranlığında baş rolda çıxış edənlərdən biri Oqtay Gülallıyevin Müsavatı hədəfə almasının mahiyyəti bundan ibarətdir.

Düzü, hər iki hadisədə eyni şəxslərin və təşkilatların iştirakını öz aramızda mən mistika adlandırmışdım. İndi aydın olur ki, bu adamlar keçmişdə də, indi də, həm də Müsavata hücum məsələsində, eyni adamlar və təşkilatlardırlar.

Amma bu artıq mistika deyil. Oturuşmuş “stilistika” dır. Çağırıb deyiblər ki, balıq istəyirsinizsə quyruğunuzu suya basın, bunlar həm də başlarını quma basıblar. Olay budur.”

bastainfo.com 

2 thoughts on “Elman Fəttah Oqtay Gülalıyevə: “İyrənc fırıldaqlarınıza bizi niyə qatırsız?”

  • 01.12.2016 at 03:30
    Permalink

    444129 208068I just now discovered your blog post and now Im remember to start with followers. 378259

    Reply
  • 02.12.2016 at 00:24
    Permalink

    Hi, its good article on the topic of media print, we all be aware of media is a great source of facts.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: