Manatın ucuzlaşması güclənəcək, amma kəskin devalvasiya olmayacaq – ekspertlər


Ekspertlərin proqnozlaşdırdığı kimi, ilin sonu üçün manata təzyiqlər artacaq və o, ucuzlaşacaq.

Turan-ın məlumatına görə, dolların bahalanması 19 oktyabrda 1USD/1,5969AZN-dan başlayıb və 8 noyabrda 1 dollar 1,6686 manat olub.  

İlin sonunun yaxınlaşması ilə ARDNF-nin dövlət büdcəsinə transfert öhdəlikləri də başa çatır.

Ekspertlərin fikrincə, valyutaya aylıq tələbat 1-1,5 mlrd dollardır. Sentyabrda dollara tələbat $1 mlrd 321 mln 57 min təşkil edib. Ona görə ilin sonunadək tələbatı ödəmək üçün daha 2-2,5 mlrd dollar lazımdır.

AMB-nin valyuta ehtiyacları oktyabrda 127 mln dollar azalaraq, $4 mlrd 5 mln 500 min olub.

ARDNF isə oktyabrda hərraclarda $371 mln satıb.

Beləliklə, hökumətin iki yolu qalır – kəskin devalvasiya və ya hərrac üçün əlavə valyuta mənbəyi.

Ekspertlər hesab edir ki, fors-major vəziyyəti olmasa, hökumət kəskin devalvasiyaya getməyəcək.

Məsələn, Natiq Cəfərlinin fikrincə, kəskin devalvasiya bank sektorunu dağıdar.

«AMB yalnız manatın ucuzlaşmasını sürətləndirə bilər. ABŞ Federal Ehtiyat Sisteminin qərarı və Azərbaycanın tərəfdaşı olan ölkələrdə dolların məzənnəsindən çox şey asılı olacaq», deyə o bildirib.

N. Cəfərli hesab edir ki, ilin sonunda dollar 1,80-1,85 manat olacaq.

Samir Əliyev qeyd edib ki, ARDNF-nin ehtiyatında ehtiyat valyuta var və onları hərraca çıxara bilər.

«Hər şey neftin qiymətindən asılı olacaq. Amma hökumət valyutaya tələbatı azaltmaq üçün bir sıra addımlar atıb. 2018-ci ilin yanvarına kimi idxala məhdudiyyət bunların sırasındadır», deyə o bildirib.  

S.Əliyev hesab edir ki, kəskin devalvasiya olmasa da, manatın ucuzlaşması güclənəcək.  Onun fikrincə, bu mənfi tempin səbəbi ARDNF-də daha çox valyuta saxlamaq arzusudur.

Ekspert hesab edir ki, böhran vəziyyətində AMB öz ehtiyatlarından istifadə edə bilər.

Qubad İbadoğlu da hesab edir ki, hökumət kəskin devalvasiyaya getməyəcək, ARDNF və AMB-nin vəsaitlərini xərcləyəcək.

«İstisna olunmur ki, dekabrda dollara tələbat noyabrdakından iki dəfə çox olacaq», deyə o bildirib.     

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, ARDNF 2016-cı ilin proqnozunu tam yerinə yetirsəydi, manatın ucuzlaşması və ona təzyiq olmayacaqdı.  

O, qeyd edib ki, 9 ayda ARDNF proqnoza 35,1% əməl edib. 2016-cı ildə Fondun xərclər proqnozu 10 mlrd 668,934 mln manatdır. Bu il dövlət büdcəsinə transfertlər 7 mlrd 615 mln manat planlaşdırılıb, bunun yalnız 3 mlrd 260 mln manatı köçürülüb.

«ARDNF daha 2 mlrd dollar köçürməlidir. Amma Fondun öhdəliklərini yerinə yetirmə tempi göstərir ki, ilin sonu üçün proqnoza əməl edilməyəcək. Əgər Fond 2 mlrd dolları köçürsəydi, dollar qıtlığı olmazdı», deyə o bildirib. 

O deyib ki, iqtisadiyyat neft dolları olmadığı üçün geriləyir, hökumət isə bu cür hərəkətlərlə manevr imkanını azaldır.

«Əgər proqnoz 100% icra edilsə və xərclərdən rasional istifadə edilsəydi, iqtisadi artım olardı. Iqtisadi artım isə manata “üzməyə” kömək edir», deyə İ.Şaban bildirib.

 



This post has been seen 42 times.

3 thoughts on “Manatın ucuzlaşması güclənəcək, amma kəskin devalvasiya olmayacaq – ekspertlər

  • 03.12.2016 at 10:48
    Permalink

    For the reason that the admin of this web site is working, no doubt very quickly it will be renowned, due to its quality contents.|

    Reply
  • 07.12.2016 at 06:39
    Permalink

    What i don’t realize is if truth be told how you are no longer actually a lot more smartly-appreciated than you might be now. You’re so intelligent. You understand thus considerably in the case of this topic, made me individually consider it from numerous numerous angles. Its like women and men are not fascinated unless it’s something to accomplish with Woman gaga! Your personal stuffs excellent. Always maintain it up!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: