Mehman Hüseynov Hadı Rəcəblinin biznes şəbəkəsini ifşa etdi – VİDEO


Gənc bloger Mehman Hüseynov deputat Hadı Rəcəblinin biznes şəbəkəsini ifşa edən video-material hazırlayıb. 

Qeyd edək ki, Hadı Rəcəbli dolana bilməyən müəllimlərə bənnalıqla məşğul olmağı tövsiyyə edib, Qarabag əlillərinə dərman pulunun verilməsinə, şəhid ailələrinə sığorta ödənilməsinə qarşı çıxıb.  

 

 

“Bu deputat deyir ki, “Müəllimlər əgər 100-200 manat maaşla dolana bilmirsə getsinlər işdən sonra hasar hösünlər, fəhləlik eləsinlər”, – Mehman Hüseynov yazıb.

“Bir neçə gün öncə isə Milli Məclisdə bildirib ki “Vətən uğrunda şəhid olan ailələ dövlət tərəfindən təzminat verilməməlidir və heç bir köməklik olunmamalıdır”. Hər ay milyonlarla gəliri olan millət vəkili əgər bu sözü dilə gətiribsə, bu onu görsədir ki bu insanın bu millət ilə heç bir əlagəsi yoxdu! Bir insan nə qədər acgöz, utanmaz, vicdansız olmalıdır ki durub desin “Şəhid ailələrinə, müharibə veteranlarına nəqliyyat niyə pulsuz olmalıdır?”

Ay Hadi Rəcəbli, camaatın uşağı cəbhə xəttində vətən uğrunda şəhid olanda, sən və sənin kimilər gedib gizlənib, ölkənin büdcəsini dağıdırdız, biznes şəbəkələriniz genişləndirirdiz…”, – Mehman Hüseynov bildirib.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: