Naməlum şəxslər ABŞ-da Trampa etiraz edən aksiyaçılara atəş açıb

ABŞ-ın Sietl şəhərində prezident vəzifəsinə yeni seçilmiş Donald Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışma zamanı yaralananların sayı 5-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə şəhərin yanğınəleyhinə xidmətinin “Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.

“Xidmətin əməkdaşları atışma zamanı xəsarət almış beş nəfərə yardım göstərirlər. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır” – deyə rəsmi səhifədəki məlumatda bildirilir.

Qeyd edək ki, ilkin məlumatda insident zamanı 4 nəfərin xəsarət aldığı bildirilirdi.



***07:29

Naməlum şəxslər ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində insanlara atəş açıblar.

“Report”un məlumatına görə, bu barədə “The Seattle Times” qəzetinin elektron versiyası xəbər verib.

Məlumata görə, insident Respublikaçılar Partiyasının namizədi olmuş Donald Trampın prezident seçilməsinə etiraz edən aksiyaçıların getdiyi ərazidə baş verib. Hadisə zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Nəşr atışmanın etiraz aksiyası ilə əlaqədar olub-olmaması barədə hər hansı məlumat verməyib.

 

 

Bastainfo.com 



This post has been seen 19 times.

3 thoughts on “Naməlum şəxslər ABŞ-da Trampa etiraz edən aksiyaçılara atəş açıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: