ABŞ-da üçüncü gündür anti-Tramp yürüşləri davam edir

Nyu-Yorkdan Kaliforniyaya qədər Amerika boyu on minlərlə insan üçüncü gündür anti-Tramp yürüşlərinə qatılır.

Porland, Oreqon, Çikaqo, Nyu-York və digər bölgələrdə nümayişçilər ABŞ-ın 45-ci prezidenti seçkilərinin ləğvini tələb edir.

Dünən gecə Donald Tramp Twitter səhifəsində seçkilərin şəffaf və ədalətli olduğunu, medanın təhriki ilə professional etirazçıların nümayiş keçirməsini ədalətsizlik kimi qiymətləndirib.

Portlandda gecə boyu minlərlə insan şəhərdə nümayiş keçirib. Əllərində beysboll dəyənəkləri ilə nümayişçilər pəncərələri sındırıb, təkərlər yandırıb. Oreqonun Nəqliyyat Nazirliyi fasilələrlə maqistral yolları bağlayıb, – “Amerikanın səsi” məlumat verir.

Denver, Boulder və Kolorado Springsdə nümayişlər dinc keçirilib.

Minneapolisdə maqistral yollar nümayişçilər tərəfindən tutulub.

Filadelfiyada “Bizim prezident deyi”,”Amerikanı hamı üçün təhlükəsiz et” kimi şüarlar səsləndirilib.

Kentukkinin Luisvill və Merilendin Baltimor şəhərlərində yüzlərlə insan etiraz aksiyalarında iştirak edib.

San Fransiskoda afro-amerikalılar və ispandilli tələbələr yürüş keçirib.

Etirazçıların çoxu anti-mühacirət siyasətinə görə Tramp administrasiyasından qorxduğunu deyir.

Trampın seçkiqabağı kampaniyaları zamanı söylədikləri onu irqçi, seksist və ksenofob kimi qələmə verib.

One thought on “ABŞ-da üçüncü gündür anti-Tramp yürüşləri davam edir

  • 02.12.2016 at 06:26
    Permalink

    You have made some really good points there. I checked on the internet for additional information about the issue and found most individuals will go along with your views on this web site.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: