Dollar və avro manata qarşı bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə 0,52% bahalaşaraq 1,6869 manat təşkil edib

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,8336 manatdan 1,8397 manata qalxıb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0264 manatdan 0,0260 manatadək ucuzlaşıb, Oxu.az məlumat verir.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5215 manatdan 0,5188 manatadək ucuzlaşıb.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0832 manatdan 2,1191 manatadək bahalaşıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6822 manatdan 0,6802 manata düşüb.

Bastainfo.com


This post has been seen 1 times.

One thought on “Dollar və avro manata qarşı bahalaşıb

  • 03.12.2016 at 14:44
    Permalink

    I quite like looking through an article that can make men and women think. Also, thank you for allowing me to comment!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: