Təbrizin millət vəkili: “Qəbul edin ki, İranda 40 milyon türk yaşayır”

Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili İran Mətbuatının 22-ci Sərgisində “Yol” mətbuat orqanı qrupunun bölümünə baxış keçirərkən son günlərdə yaradılmış Türkdilli Deputatlar Fraksiyası barədə danışıb.

“ Mərənd və Culfa əhalisinin millət vəkili cənab Həsənnəjad bu yolda çoxlu zəhmət çəkib və İdarə Heyətinin seçimi iclasını təşkil edib. İclasdan sonra fraksiya rəsmiləşib və parlament fraksiyaları arasında qeydə alınıb. Lakin bizə millətçilik damğası vururlar, bu doğru deyil. Biz bölücü deyilik, əgər bölücü olsaq, onda gərək Xorasan, Kohkiluye-Boyr Əhməd, Qorgan, Gilan, Fars və Həmədanı da ayıraq. Ona görə ki, İranın əksər bölgələrində türk cəmiyyəti yaşayır. Belə olduğu halda biz ölkəni necə bölə bilərik?! Biz deyirik ki, türk bölgələri inkişaf etməlidir və heç bir millətçilikdən söz getmir. Başa düşmək lazımdır ki, İranda 40 milyon türk yaşayır və tarix boyu İranı qoruyublar, sonda isə bizim Sattarxanımız gəlib Tehranda Məşrutəni bərqərar edib. Əgər ayrılmaq istəyi olsaydı, elə o zaman baş tutardı”- deyə Şəhabəddin Bimiqdar bildirib.

Türkdilli Deputatlar Fraksiyasının yaradılması və ana dilinin tədrisinə qarşı olanları sərt şəkildə tənqid edən millət vəkili onları münafiq adlandırıb. “Nifaq salanların İrana ürəyi yanmır. Əgər onlar İranı sevsəydilər İran üçün canını fəda etmiş bir qövmü təhqir etməzdilər! Konstitusiyaya (anayasa) görə fars dili bizim rəsmi dilimizdir və biz də həmin qanunun 15-ci maddəsinə əsasən fars dili ilə yanaşı ana dilimizi də istəyirik”- deyə o vurğulayıb.

Tehran əhalisinin İran parlamentindəki millət vəkili Əlirza Məhcub da “Yol” mətbuat orqanı qrupunun bölümünə baxış keçirib. “Mən özüm də Türkdili Deputatlar Qrupu Fraksiyasına üzv olmuşam və ümid edirəm ki, bu birlik türk dili və ədəbiyyatının inkişafına səbəb olacaq. Konstitusiyada qeyd olunduğu kimi, bütün mədəniyyətlərə diqqət ayırmaq lazımdır. Eyni halda istər fars olsun, istər türk və s. radikallığa yol verməməlidir. Konstitusiyada nə varsa, onu da qəbul edirik. Türk dili qədim dildir, bizim mədəniyyət və folklorumuz bu dildən irəli gəlir”- deyə millət vəkili vurğulayıb.

 

Bastainfo.com 



This post has been seen 36 times.

5 thoughts on “Təbrizin millət vəkili: “Qəbul edin ki, İranda 40 milyon türk yaşayır”

  • 30.11.2016 at 21:34
    Permalink

    154267 667521You are the most effective, It is posts like this that maintain me coming back and checking this web site regularly, thanks for the information! 747136

    Reply
  • 01.12.2016 at 00:30
    Permalink

    28603 371547You ought to join in a tournament very first with the greatest blogs on the internet. I will recommend this internet web site! 436761

    Reply
  • 04.12.2016 at 00:19
    Permalink

    When someone writes an post he/she maintains the idea of a user in his/her mind that how a user can know it. So that’s why this article is outstdanding. Thanks!|

    Reply
  • 06.12.2016 at 04:25
    Permalink

    Hello! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new initiative in a community in the same niche. Your blog provided us beneficial information to work on. You have done a extraordinary job!|

    Reply
  • 07.12.2016 at 17:40
    Permalink

    24924 888041Thank you for your quite very good data and feedback from you. san jose used car 591188

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: