ABŞ seçkisi: Trump-ın övladları – Birinci ailənin üzvləri kimlərdir?

Donald Trump özünün qələbə nitqini New York otelinin ziyafət salonunda arvadı və böyük ailəsinin əhatəsində edib. Elə isə Birləşmiş Ştatların yeni birinci ailəsinə kimlər daxildir?

1. Barron Trump Donald və Melania-nın hazırkı evliliyindən yeganə ortaq övladıdır. Kampaniya ərzində 10 yaşlı Barron ara-sıra gözə dəyib, lakin onu əsasən kənar nəzərlərdən gizlədiblər. O atası ilə qolf oynayır və deyilənə görə anasının ana dili olan Sloven dilində səlis danışa bilir.

2. Melania Trump Sloveniyada doğulub, keçmişdə model kimi çalışıb. Donald Trump-la 2005-ci ildən evlidir. 2016-cı ilin iyul ayında Respublikaçı Partiyanın qurultayında etdiyi çıxışı ilə xəbər başlıqlarına çıxmışdı. Onu öz çıxışını Michelle Obama-nın 2008-ci il nitqindən plagiat yolu ilə köçürməkdə ittiham etmişdilər. Melania ötən oktyabrda CNN telekanalına müsahibəsində “ərinizin hansı xasiyyətini dəyişmək istərdiniz” sualına “onun tvitləməsini” cavabını vermişdi.

3. Jared Kushner Donald-ın böyük qızı İvankanın əridir. Cənab Kushner tanınmış New York inşaatçısının oğludur. O on ildir ki, New Yorkda çıxan həftəlik Observer qəzetinin sahibidir. Cənab Kushner yəhudidir və deyilənə görə bununla əlaqədar hətta öz ailəsini də əsəbiləşdirən hərəkətə yol verib. O Donald Trump-ı Hillary Clinton-un hücumlarından qoruyarkən yazdığı tvitdə Davudun altıgüşəli ulduzundan istifadə edib. Öz qəzetində yazdığı məqalədə Kushner qeyd edirdi: “Mənim qaynatam antisemit deyil”. Daha sonra yazırdı: “Mənimlə jurnalistlərin və Tvitter qaragüruhunun arasında olan fərq budur ki, onlar mənim qaynatamı tanımırlar, mənsə tanıyıram”.

4. Ivanka Trump Donald Trump-ın uşaqları arasında yəqin ki, ən məşhurudur. O Trump-ın İvana ilə evliyiliyindən olan tək qız övladıdır. O yeniyetməlik illərində modellik edib, amma indi Trump təşkilatının vitse-prezidentidir. İvanka bundan başqa atasının Apprentice televiziya şousunda aparıcılıq edib. O, 2009-cu ildə Jared-lə evlənəndə yəhudiliyi qəbul edib. Respublikaçıların qurultayında etdiyi çıxışda İvanka atasının qadınlara dəstəyi barədə danışıb. “Özüm üç uşaq anası kimi bilirəm ki, uşaq böyüdən qadının işləməsi nə qədər ağırdır. Onu da bilirəm ki, mənim bu işdə bəxtim başqalarından çox gətirib. Amerika ailələrinə dəstək lazımdır. Uşaqlı qadınlara tərəqqi imkanı verən siyasətlər istisna yox, norma olmalıdır” – deyib İvanka.

5. Tiffany Trump Donald Trump-ın ikinci arvadı Marla Maples-dən olan qızıdır. O keçmiş aktrisa və teleşou ulduzudur. Twitter və İnstagram-ın azarkeşidir. Bu platformalarda özünün qlamur həyat tərzini əks etdirən fotolarını nümayiş etdirir. O seçki zamanı o qədər də nəzərə çapmayıb, hərçənd qurultayda etdiyi “fantastik” çıxışına görə atasından “afərin” qazanıb.

6. Vanessa Trump (qızlıq soyadı Heydon) oğul Donald Trump-la 2005-ci ilin noyabrında evlənib. Onların, (şəkildəki) səkkiz yaşlı Kai da daxil beş övladı var. Vanessa uşaqlıq illərində modellik edib və bir vaxtlar Leonardo Di Caprio ilə görüşürmüş. O qayını Eric-in xeyriyyə təşkilatının icraiyyə komitəsində çalışır. Vanessa evdə silah saxlayır və tapança səsboğucuları istehsal edən SilencerCo şirkətinin məlumatına görə gizli silah gəzdirmək lisenziyası var. Tez-tez atıcılıq məşqlərinə gedir.

7. Kai Trump Vanessa və oğul Trump-ın beş övladından ən böyüyüdür.

8. Oğul Donald Trump Donald Trump-ın İvanadan olan böyük oğludur. O hazırda Trump təşkilatının icraçı vitse-prezidentidir. O bir moda tədbirində atasının onunla tanış etdiyi Vanessa Heydon-la evlənib. Onun da yaşa dolması qalmaqallarsız ötüşməyib. Onun və qardaşı Eric-in ovçuluğa həvəsi qardaşların öldürülmüş heyvanlarla çəkdirdikləri şəkillər internetə çıxandan sonra kəskin pislənib. Şəkillərdən birində bala Donald əlində kəsilmiş fil quyruğu ilə görünür.

9. Eric Trump cənab Trump-ın İvana ilə evliliyindən üçüncü övladıdır. Qalan bacı-qardaşçları kimi o da Trump təşkilatının vitse-prezidentlərindən biridir. O Virginia-da yerləşən Trump Winery şirkətinin və dünya boyunca Trump qolf klublarının prezidentidir. O həmçinin 2006-cı ildə Eric Trump Foundation fondunu yaradıb və uşaqlarda qorxulu xəstəliklərin araşdırılması ilə məşğul olan xəstəxanaya 28 milyon dollar ayırdığını elan edib. Qardaşı gənc Donald kimi Eric də 2010-cu ildə Zimbabve-də çıxdığı ov turuna görə tənqid edilir. Belə güman edilir ki, ola bilsin Eric seçki günü “atama səs vermək fövqəladə şərəfdir” tvitini yazmaqla ölkənin seçki qanununu pozub.

10. Lara Yunaska keçmiş televiziya prodüseri və atsürmə idmanının heyranıdır. Eric-lə 2014-cü ildə evlənib. O toya iki gün qalmış atdan yıxılaraq iki biləyini də sındırmışdı. Bu toyda kəbini Jared Kushner kəsib. Cütün hələlik övladı yoxdur, amma itləri var. Lara həm də Trump Fondunda iştirakçıdır. Bu fond Amerikanın ən böyük xeyriyyə cəmiyyətlərindən biridir. Lara noyabrın 6-da Fox News televiziyasına deyib: “Qadınların xətrinə dəyən odur ki, Hillary Clinton kimi bir namizəd yalnız həmcins olduğumuza görə ona səs verməli olduğumuzu düşünür. Bu axmaq, təhqiramiz yanaşmadır”.

 

Bastainfo.com 



This post has been seen 8 times.

2 thoughts on “ABŞ seçkisi: Trump-ın övladları – Birinci ailənin üzvləri kimlərdir?

  • 02.12.2016 at 03:48
    Permalink

    Hi there friends, good article and nice arguments commented here, I am truly enjoying by these.|

    Reply
  • 06.12.2016 at 13:21
    Permalink

    Hey! This post could not be written any better! Reading through this post reminds me of my previous room mate! He always kept talking about this. I will forward this write-up to him. Pretty sure he will have a good read. Many thanks for sharing!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: