Azərbaycan hökuməti Trampla bağlı açıqlama verdi

“Tramp seçildikdən sonra sanki dünyada çaşqınlıq var. Bundan sonra nə olacaq, necə olacaq?”

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

O bildirib ki, son bir ildə dünyanın aparıcı televiziya kanallarının, strateji araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi ondan ibarət idi ki, Donald Tramp prezident seçilməyəcək: “Bu, ABŞ üçün, hətta namizədin özü üçün gözlənilməz oldu. Sanki dünyada çaşqınlıq var. Bundan sonra nə olacaq, necə olacaq? ABŞ-ın daxili və xarici siyasət kursunda hansı dəyişikliklər baş verəcək? Komandada kimlər olacaq? Namizədin verdiyi bəyanatları yerinə yetirmək mümkün olacaq və ya olmayacaq? Hələlik bununla bağlı konkret mövqe yoxdur. Böyük dövlətlərin özündə də dəqiq konkret mövqe yoxdur. Dünyanın bütün dövlətlərində Tramp haqqında mənfi mövqe bildirirdilər. Lakin Tramp seçildikdən sonra tam dəyişdilər, başladılar ki, o, böyük siyasətçi, dövlət xadimidir. Baxmayaraq ki, əvvəl demişdilər bundan dövlət başçısı, siyasətçi olmaz. ABŞ-ın özündə də belə fikirlər səsləndirilmişdi. Lakin sonra görüş də oldu, bir-birilərini təriflədilər də… Bu qədər mərkəzlər, televiziya kanalları, qəzetlər, siyasətçilər dünyada baş verən proseslərdən heç nə başa düşmürlər, düzgün qərar verə bilmirlər. Ya da, ikiüzlü və riyakardırlar və süni kampaniya yaratmışdılar. Variantların ikisi də çox pis variantdır”.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: