Ermənistan Rusiyadan yenə silah aldı

Ermənistan Rusiyadan 6 ədəd Smerç raket sistemi və daha 6 ədəd “TOS-1A” artilleriya qurğusu alıb.

Bu haqda Ermənistan mətbuatı “Beynəlxalq silah alveri təhlili Mərkəzinə” istinadən məlumat verib. Bildirilir ki, 2015-ci ildə sifariş edilən bu silahlar 2016-cə ilin sonunadək Ermənistana çatdırılmalıdır.

Ermənistanın Smerç sistemlərinə görə 60 milyon, artilleriya qurğularına görə isə 40 milyon dollar ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Rusiya Ermənistana silah satışını kredit müqavilələri çərçivəsində həyata keçirir.  

Hesabatda həmçinin qeyd edilib ki, 2016-cı ilin sonunadək Rusiyadan Ermənistana “Tiqr” tankları və “İqla-S” raket kompleksləri göndəriləcək (say göstərilmir).

Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımıdr. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800×800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: