İŞİD-in əsas komandirlərindən biri öldürülüb

İraqın Mosul şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan əməliyyatlar çərçivəsində terror qruplaşmasının komandiri Mahmud Şükri əl-Nuyami öldürülüb.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, Şeyx Fariz kimi də tanınan Şükri əl-Nuyami Mosulun qərb rayonlarına endirilən aviazərbələr nəticəsində zərərsizləşdirilib.

İŞİD yaydığı videoyazıda onun ölümünü təsdiqləyib.

İraq hökuməti 17 oktyabrdan bəri 1,2 min silahlının öldürüldüyünü bildirilir.

 

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: