Müəllimlər Təhsil Nazirliyinin qarşısında aksiya keçirib [Foto-Video]

Təhsil Nazirliyinin qarşısında bir qrup müəllim aksiya keçirib. Onlar Sumqayıtda işlədikləri 11 saylı məktəbdən qanunsuz olaraq işdən çıxarılmalarına etiraz ediblər.

İşdən çıxarılan pedaqoji işçilərdən biri Təranə Nəsirova deyir ki, onlara deyiblər ki, 2009-cu ildən onların layihəsi başa çatıb:“Ancaq biz 2016-cı ilə qədər işləmişik. Bizə dedilər ki, 2005-ci ildə 3 nəfər, 2007-ci ildə 2
nəfər olmaq şərti ilə 5 nəfər layihəyə cəlb olunmalı idi. Lakin siz illər uzunu
qeyri-qanuni artırılmısınız”.

Müəllimə qeyd edib ki, 2016-cı ilin may ayından onlara “siz sentyabr ayından işçi hesab olunmayacaqsız” deyiblər: “Müqavilə müddətiniz 2016-cı ilin sentyabrında bitir”.

“Nazir müavini Eşqi Bağırov deyir ki, indiyə qədər siz qanunsuz işləmisiz, layihənin 2009-cu ildə icra müddəti bitib” – deyə müəllimə Aytən Mirzəyeva bildirib. O bildirib ki, elə müəllimlər var 1997-1999-cu ildə müddətsiz müqavilə ilə işə götürülüblər: “Amma 2011-ci ildə həmin layihəyə cəlb olunduq, indi də deyirlər ki, sizin layihə bitib. Bizə heç işdən azad olunmaqla bağlı
əmrləri də verilmirlər. İşlədiyimiz məktəbdə əqli və fiziki məhdudiyyətli 56
şagird təhsil alır. Uşaqlar hazırda müəllim köməkçisi olmadan təhsillərinə
davam edirlər”.

Müəllimlərin etirazı ərəfəsində əraziyə polislər gəldi. Sonra Təhsil
Nazirliyinin əməkdaşları pedaqoji işçiləri qəbul otağına yönəltdilər.Təhsil
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuatın iştirakı
olmadan şikayətçilərin qəbul olunacağını bildirib. O, jurnalistlərə açıqlama
verməkdən imtina edib.

Müəllimləri nazirliyin məsul şəxsi Eşqi Bağırov qəbul edib. O bildirib
ki, Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə
İnkişaf Proqramı 2005-2009-cu illəri əhatə edib. Hazırda proqramın müddəti
bitib. Buna görə də pedaqoji içilər işsiz qalıb. Eşqi Bağırov müəllim
köməkçilərini müvəqqəti işlə təmin edəcəklərini deyib, – Abzas.net məlumat
verir. 

 20161111_103127



This post has been seen 18 times.

2 thoughts on “Müəllimlər Təhsil Nazirliyinin qarşısında aksiya keçirib [Foto-Video]

  • 02.12.2016 at 11:49
    Permalink

    Hello! This is my first visit to your blog! We are a group of volunteers and starting a new initiative in a community in the same niche. Your blog provided us valuable information to work on. You have done a marvellous job!|

    Reply
  • 06.12.2016 at 12:41
    Permalink

    Woah! I’m really loving the template/theme of this site. It’s simple, yet effective. A lot of times it’s difficult to get that “perfect balance” between user friendliness and visual appeal. I must say that you’ve done a very good job with this. In addition, the blog loads extremely fast for me on Safari. Excellent Blog!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: