“Bəs deyirdiniz, xərçəng sağalmır?”

Həkim androloq Vasif İsmayıl xərçəng xəstəliyindən qurtulmanın yol xəritəsini təqdim etdi.

Bəs deyirdiniz, xərçəng sağalmır?

Xərçəngin sağalmaz xəstəlik olduğuna dair deyilənlər əfsanədir.

Xərçəng sağalır. Öz də, necə sağalır!

Xərçəngin sağalması üçün lazım olan şərtlər:

-Xərçəngi vaxtında tapmaq.

Bəli, şərti elə bir dənədir.

Vaxtında necə tapacayıq?

Əvvəlcə risk qruplarını müəyyənləşdirmək lazımdır:

1. Ailədə xərçəng var mı?
2. İş və yaşayış yeri xərçəng yaradır mı? Məsələn, pinəçidə sidik kisəsi xərçəngi daha çox olur. 
3. Həyat tərzi xərçəng yaradır mı? Məsələn, siqaret çəkəndə, kök insanlarda, şəkəri olanlarda xərçəng daha çox olur.

Risk qrupunda olanlar müntəzəm müayinələrə getməlidirlər.

Risk qrupunda olmayanlar isə mütləq 50 yaşında bir dəfə də olsa yoğun bağırsaq müayinəsinə (kolonoskopiya) getməlidir.

Nümunə gətirək.

Götürək ki, 48 yaşında qadın, 3 dəfə hamilə qalıb. İlk hamiləlik 29 yaşında olsun. İlk cinsi əlaqə isə 27 yaşında. Özünün və yoldaşının ailəxarici cinsi təcrübəsi olmasın. Ailəsində də xərçəng xəstəsi olmasın.

Bu qadın:

-Hər hamam günündə süd vəzlərini əlləyərək yoxlamalıdır. 
-Hər altı aydan bir ginekoloqa gedərək “Pap smear” müayinəsi verməlidir. 
-İki il sonra ümumi onkoloji check-up keçməlidir. Buna mütləq kolonoskopiya daxil olmalıdır. 
-Onkolojiyə dəxli olmasa da, artıq menopauza müalicəsi almağa başlasa, yaxşı olar. Ən azından osteoporoz müalicəsi. Bu müalicəni almayan qadınlar bir müddət sonra tez qocalaraq “a bala, a bala, hər yerim ağrıyır” deyən “cavan” yaşlı nənələrə çevrilirlər.

Həyatınıza bu şəkildə diqqətli yanaşsanız, xərçəngdən əziyyət çəkmə ehtimalınız ayağınızı qırma ehtimalına bərabər olar.

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: