“Alibaba”nın 1 günlük alveri Azərbaycanın 2 illik büdcəsindən çox olub

Dünən e-ticarətlə məşğul olan Çinin “Alibaba” şirkəti rekord vurub, 24 saat ərzində 18 mlrd. dollarlıq mal satıb. İqtisadçı-ekspert Natiq Cəfərli bunu özünün feysbuk səhifəsində yazıb.

“Alibabanın” sahibi dünyanın ən varlı adamlarından biridir, ağlı, zəkası, iş qabiliyyəti sahəsində internet üzərindən ticarət etməklə böyük bir biznes-imperiya qurub. İşə başlamaq üçün dostundan cəmi 60 min dollar borc alıbmış, keçmiş məktəb müəllimidir.

“Alibabanın” dünənki alveri Azərbaycanın, az qala, 2 illik büdcəsi qədərdir. Hətta Çin kimi, yumşaq desək, qanunların yaxşı işləmədiyi, məhkəmələrin tam azad olmadığı bir ölkədə məktəb müəllimi milyarder ola bilər. Bizdə belə bir biznesi ilk 100 min dollar qazancdan sonra “çovdarovlar” onun əlindən alardılar. Məhz buna görə də Çində müəllim yüzmilyardlarla dövriyyəsi olan biznes qurur, bizdə isə icra hakimiyyətinin əmri ilə pampıq yığır”, – Natiq Cəfərli yazıb.

Bastainfo.com 

One thought on ““Alibaba”nın 1 günlük alveri Azərbaycanın 2 illik büdcəsindən çox olub

  • 02.12.2016 at 05:21
    Permalink

    Hmm is anyone else encountering problems with the images on this blog loading? I’m trying to find out if its a problem on my end or if it’s the blog. Any suggestions would be greatly appreciated.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: