Trampdan sonra nə olacaq?

Səxavət Soltanlı

Bura qədər prezident kim olacaq sualı aktual idisə, indi Trampdan sonra nə olacaq sualı aktualdı.

Amerikada keçirilən seçkilər son günlərin ən maraqla izlənilən, müzakirə edilən hadisəsi oldu. Səbəbləri haqda çox danışılıb.

Amerika dünyanın super gücüdür, Amerikada külək bərk əsəndə dünyanın hər yerində hiss olunur.
Belə bir ölkənin prezidentinin kim olması təbii ki, dünyanın hər yerində maraqla izləniləcək, danışılacaq hadisələr sırasında birinci yerdə gəlirdi.

Bu seçkini daha maraqlı, daha həyacanlı edən isə qeyri-adi bir şəxsin, Amerika siyasətində olmayan, senatda, konqresde, federal hökümətdə, departamentdə təmsil olunmayan birnin qeyri-adi ritorika ilə seçki yarışına qoşulması oldu.
Bəli, Tramp kampaniyanın başlanğıcında, amerikalı siyasətçilərə xas olmayan tərzi ilə özündən söz etdirə bildi. O əvvəl aralarında senator, konqresmen olan fəal və tanımış “Respublikaçı” rəqiblərinə böyük fərqlə qalib gəldi.
Onu daha maraqlı, cəlbedici edənsə amerikalıların qulağına yad olan, amma, alt şurda özünə yer etmiş (yeni) sözləri və fikirləri yüksək səslə səsləndirməsi oldu. Partiyadaxili seçkilərdə də qalib olmasının səbəblərindən biri də bu idi.

O çox həssas bir məsələyə, insanları ən çox düşündürən, narahat edən təhlükükəsizlik məsələsinə, ən çox müzakirə olunan islam təhlükəsinə, amerikalı seçiciləri gündəlik narahat edən immiqirant məsələsinin üzərinə getmişdi, bu ona ilk mərhələdə uğur gətirmişdi.
Tramp və komandası dəqiq bilirdi ki, inkişaf etmiş ölkə vətəndaşlarının, xüsusi ilə amerikalıların daha çox düşündüyü, narahat olduğu, qorxduğu məsələ təhlükəsizlik məsələsidir. Əsas mesaji da bu mözuda oldy.

Komandanın əsas məqsədi seçkini qazanmaq idi. Ona görə də Klintonla yarışda da uğur gətirən taktikanı dəyişmədilər. Məqsədə çatmaq baxımından doğru idi.
Yeri gəlmişkən, Obama administrasiyası əlehinə çox ciddi və sistemli iradlar səsləndirsə də diqqəti daha çox islam və terror, imiqrant mövzusu özünə çəkdi.
Trampın komandası yüksək səviyyədə işlədi. Görünən odur ki, seçki texnoloqları insanları necə maraqlandıra biləcəkləri ilə bağlı çox ciddi analizlər edə, nəticəyə uyğun daha doğru seçki taktikası seçə bilmişdilər.

Bütün bunlara baxmayaraq, razılaşarsız ki, yuxarıdakı səbəblər Trampın qalib gəlməsində əhəmiyyətli rol oynasa da qalib gəlməsinə kömək edən digər səbəblər də oldu.
Özündən və komandasından asılı olmayan səbəbləri nəzərdə tuturam.
Konkret olaraq onun əsas rəqibinin xanım Klinton olması da Donald Trampın şanslarını xeyli artırmış oldu.
İlk olaraq “Demokratlar” daxilində ilkin seçkilər zamanı baş verənlər, əsasını gənclər təşkil edən ciddi sayda insan tərəfindən sevilən Sandersin Klinton tərəfindən yarışdan kənarlaşdırılması, bundan narazı qalanların Klintona dəstək vermək istəməməsi, eyni adamların, eyni ailələrin nümayəndələrinin prezident olma arzusu da amerikalıları fərqli qərar verməsinə səbəb oldu.
Və nəhayət, seçki kampaniyasi ərəfəsində erkən seçkilərə az qalmış xanım Klintonun büdrəməsi seçki gününə az qalmış “e-mail” mövzusunun yenidən gündəmə gətirilməsi kifayət etdi ki, “Demokratların” namizədi məğlub olsun. Həm də seçicilər müəyyən dövr ərzində Klintonu ölkə siyasətinə təsir edən əsas şəxslərdən biri kimi müşahidə etmişdilər.
Əksər ekspertlər haqlı olaraq hesab edirlər ki, Trampın rəqibi başqası, misal üçün Sanders olsaydı Tramp qalib gələ bilməzdi.

Trampın Amerika prezidenti olması gözlənilməz olsa da əminliklə demək olar ki, O Amerika prezidenti olaraq namizəd olduğu dövrdə davrandığı kimi davrana bilməz, davranmayacaq.
Amerikanın super dövlət kimi ümumi siyasi kursu müəyyənləşib, orada planlı bir siyasət var, bu siyasətdən kənara çıxmaq prezidentlər üçün elə də asan məsələ deyil.
Sadə desək Amerikada sistem həlledicidir.

Bu seçkinin dünyaya təsiri məsələsindən, söz edəndə demokratiya və insan haqları, avtoritar dövlətlərlə münasibətlər, konkret olaraq Amerika və Rusiya arasında dost münasibətlərin qurulması mövzusu bizi maraqlandıran ilk məsələlərdir.

Birinci onu qeyd etmək lazımdır ki, indiki Rusiya ilə Amerikanın dost olmasi sadəcə mümkün deyil. İndiki Rusiyanın dünyada və regionda apardığı siyasət birbaşa Amerikanin dövlət maraqlarına qarşıdır. Əgər Amerika ilə Rusiya dost olacaqsa o Rusiya indiki olmayacaq, müsbətə doğru dəyişən, demokratikləşən, islah olunmuş, qonşularına, demokratik dəyərlərə, azad dünyaya hörmətlə yanaşan Rusiya olacaq. Belə Rusiya ilə dost olmağı biz də istəyərdik.
Bir sözlə Amerikanın hansı dövlətlə dost, hansı ilə düşmən olmasını, ümumi xarici siyasətini əsasən prezidentlər deyil, daha çox hakimiyyətdə hansı partiyanın olması müəyyən edir. Tramp bu məsələdə köklü dəyişiklik etmək istəyərsə bu ona qarşi ciddi prosesə çevrilə bilər.

Məsələyə Obamanı Trampı əvəz etməsi ilə yanaşı həm də “Demokratları” “Respublikaçıların” əvəz etməsi kimi baxaq.
Bu mənada diqqətinizi Amerikada hansı partiyanın demokratiya və insan haqlarına daha çox önəm verməsinə çəkmək istəyirəm.

Məncə “Respublikaçılar”ın zamanında demokratiyanın və azadlıqların coğrafiyası daha çox genişlənib.
Hər iki partiyanın son dönəm hakimiyyətlərinə 2001 ci ildən 2016 cı ilə qədər olan dövrə baxaq.

Bizə yaxın ölkələr olan Gürcüstanda (Qızılgül inqlabı), Ukraynada (Narıncı inqlab) Qırğızıstanda (Zanbaq inqlabı) respublikaçıların zamanında, Rusiya ilə konfrantasiya şəraitində bu ölkələrdə ciddi demokratik dəyişikliklər baş verdi.
Obamanın timsalında, “Demokratlar” hakimiyyətə gəldikdən sonra heç bir potsovet olkəsində heç bir müsbət dəyişikliklərə ciddi dəstək verilmədi bu öz yerində, dəyişiklik olan ölkələrdə Gürcüstanda, Ukraynada, Qırğızıstanda rusiyameyilli qüvvələr hakimiyyətə gəldi, digər ölkələrdə Rusiya təsir imkanlarını daha da artıra, mövqeylərini mohkəmləndirə bildi.
Demək istədiyim odur ki, “Respublikaçıların” hakimiyyətdə olduğu illərdə Rusiyanın demokratiyaya və azadlıqlara qarşı apardığı siyasətə Amerika daha çox təzyiq götərib, bu kimi məsələlərə önəm verib, nəinki “Demokratlar”

Amerikada kimin prezident olması bizi qayğılandıran məsələlərə dəhşətli formada təsir etmir. Obamanın timsalında da bunu gördük.
İzlədiyimiz kimi Amerikada hakimiyyətdə pozitiv, daha prinsipial hesab edilən, əsas şuarlarından biri demokratiya və insan haqları olan prezidentin olması dünyada demokratiyanın daha çox yayilmasına və ya insan haqlarının yaxşılaşmasına səbəb olmadı.
Dünyada da, regionumuzda da demokratiya və insan haqlarının vəziyyətinə, demokratik dəyişikliklərin ardıcıllığına fikir verəndə də görürük ki, təəssüf ki, Obama hakimiyyəti dovründə bu istiqamətdə vəziyyət daha da pisləşdi.
Demokratiya və insan haqlarından nisbətən az danışan Buş dövrü ilə az qala hər gün demokratiya və insan haqlarından danışan Obama dövründəki vəziyyət müqayisə olunmazıdır.
Potsovet məkanında, konkret olaraq Azərbaycanda insan haqları və demokratiyanın durumu Corc Buş hakimiyyəti dövründə Obama dövründə olduğundan hiss ediləcək dərəcədə yaxşı olub. Amma, Obama insan kimi, şəxsiyyət kimi Corc Buşdan xeyli insanpərvər və demokrat olduğu fikrindəyəm.
Hətta Obama hakimiyyəti dövründə Respublikaçı senator və konqresmenlər demokratiya və azadlıqlar məsələsində daha səmimi və ardıcıl olub. Son 8 ildə Azərbaycanda demokratiya və azadlıqlarla bağlı ən sərt və effektli tədbir təklifi respublikaçı Smitdən gəlib. Son 8 ildə Azərbaycana göndərilən səfirlərin davranışları ilə ondan əvvəlki səkkiziz il göndərilən səfirlərin fəaliyyətləri və aktivliklərinin müqayisəsi də fikirlərimizi gücləndirən maraqlı faktlar ola bilər.

Demokratiya və insan haqları mövzusunda başqa bir məlum məqam var ki, demokratiya və insan haqlarını, azadlıqları Amerika prezidentlərindən daha çox xüsusi demokratik mərkəzlər, bu işlərlərdə peşakarlaşmış və xüsusi misiyası olan hökümət nümayəndələri, dövlət qurumları və qeyri hökümət təşkiltları gündəmə gətirir, səsləndirir.
Həmin qeyri-hökümət təşkilatlarının hesabat və rəyləri ilə hakim elita hesablaşmaq zorunda olur, siyasətlərində nəzərə alır, bu istiqamətdə mümkün işlər görürlər.

İstənilən halda Amerika prezidentinin kim olmasından asılı olmayaraq həmin şəxs Amerika xalqının maraqlarına və dəyərlərinə zidd gedə bilməz.
Buna cəhd edərsə Amerika qanunvericiliyi imkan verir ki, kobud şəkildə sistemdən kənara çıxan, xalqın maraqlarına zidd davranan prezidentə yerini göstərsin. Bunu Tramp da çox yaxşı bilir.
Dünyada demokratiyanın sərhədlərinin genişlənməsi və insan haqlarının yaxşılaşması Amerikanın təhlükəsizliyi və inkişafı baxımından çox vacibdir. Amerika ən azı öz xalqının maraqları baxımından demokratiya və insan haqları məsələsində öz dəyərlərindən və prinsiplərindən vaz keçməyəcək.

Bu seçki bir daha göstərdi ki, Amerika həqiqətən demokratiyanın beşiyidir. Ölkənin hazırkı prezidenti və birinci xanımi səviyyəsində təbliğ olunan, dəstəklənən namizəd məğlub oldu. Xalq müəyyən etdi ki, kim prezident olsun.
Bu seçkini yalnız xanım Klinton deyil Barak Obama, bütün “Demokratlar” uduzdu.

Biz Amerikanın prezidentinin kim olmasından, demokratiyaya, bizə münasibətlərindən asılı olmayaraq öz ölkəmiz üçün yaxşı olanlar uğrunda mübarizəmizi davam etdirməliyik. Odur ki, hər birimiz öz dövlətimizdə demokratiyanın inkişafı və azadlıqların artması işində ürəkli və cəsarətli olmalı, fəaliyyətimizi daha da artırmalı, daha əzimkar və ağıllı davranmalıyıq.

Mütləq bir gün gələcək ki, öz ölkəmizdə bütün xalqımiz həqiqi seçki həyacanı yaşayacaq.

Bastainfo.com

One thought on “Trampdan sonra nə olacaq?

  • 02.12.2016 at 07:31
    Permalink

    We absolutely love your blog and find a lot of your post’s to be just what I’m looking for. Does one offer guest writers to write content for yourself? I wouldn’t mind writing a post or elaborating on many of the subjects you write in relation to here. Again, awesome blog!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: