Zabil Müqabiloğlunun müalicəsi ilə bağlı sabah həkimlər qərar verəcək

Sabah Mərkəzi Nefçılər Xəstəxanasının həkim konsiliumu jurnalist Zabil Müqabiloğlunun müalicəsinin davamı ilə bağlı qərar verəcək. Bundan sonra cərrahiyyə əməliyyatı və intensiv müalicə həyata keçiriləcək. Bu haqda “Basta”ya Zabil Müqabiloğlunun yaxınları məlumat verib.
.
Bildirilir ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovun və deputat Qənirə Paşayevanın təşəbbüsü ilə, jurnalistin müalicəsi dövlət tərəfindən təşkil ediləcək.
.
 Zabil Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.
.
Xatırladaq ki, Zabil Müqabiloğlu “525-ci qəzet”,  “Yeni Müsavat” və digər mətbu orqanlarda çalışıb, hazırda “Gunxeber.com” saytının baş redaktorudur.
.
Bastainfo.com


This post has been seen 9 times.

2 thoughts on “Zabil Müqabiloğlunun müalicəsi ilə bağlı sabah həkimlər qərar verəcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: