Donald Tramp prezident məvacibindən imtina etdi

ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib.
.
APA-nın xəbərinə görə, bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib.
.
“Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm “, – deyə D.Tramp bildirib.
.
Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır.  “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.
bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: