Moldovada Rusiyaya meylli namizəd prezident seçilib

Moldovada prezident seçkisində Rusiyaya meylli namizəd Igor Dodon qalib gəlib. Sosialist Partiyasının lideri Dodon səslərin 54.06%-ni, onun rəqibi Maia Sandu isə 45.94%-ni qazanıb. Igor Dodon mətbuat konfransında bütün moldovalıların prezidenti olacağına söz verib, rəqibi Sandu-nu xalqı sakitləşdirməkdə ona yardım etməyə çağırıb.

Sandu isə seçkinin yaxşı təşkil olunmadığını, xüsusilə tərəfdarlarının çox olduğu bölgələrdə xeyli vətəndaşın səsvermədə iştirak edə bilmədiyini söyləyərək, seçki rəsmilərini istefasını tələb edib.

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: