MTRŞ-dən Xoşqədəmin vidosuna münasibət

Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin çəkilişləri zamanı baş verən hadisələrin əks etdirən videonun yayılması haqda Axar.az-a danışarkən deyib. O, kadr arxasında belə halların mümkünlüyünü bildirib:
 
“Biz bu məsələyə hər hansı bir münasibət bildirmək istəmirik. Kadr arxasında hər şey baş verə bilər”.
 
Qeyd edək ki, ATV kanalında 2014-cü ildə efirə gedən “Səni axtarıram” proqramının səhnə arxasında baş verənlərlə bağlı ötən gün yayılan və veriliş müəlliflərinin “mətbəx sirrini” açan video ciddi müzakirə mövzusuna çevrilib. Video yayıldıqdan sonra Xoşqədəm Hidayətqızının reytinq naminə ssenari qurduğunu, reallıqları deyil, səhnələşdirdiyi şounu nümayiş etdirdiyini bildirənlər bu halları qınayıblar.

Meydan TV Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” proqramının çəkilişlərindən birinin görüntüsünü əldə edib.

“Qafqazinfo” xəbər verir ki, həmin görüntülər proqramın ATV kanalında yayımlandığı dövrdə baş verənlərdir. Görüntülərdən belə bəlli olur ki, verilişin çəkilişi zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə edilir. Bu zaman efirə çıxarılacaq “qəhrəmanlar” başqa formada təqdim olunur və tamaşaçı aldadılır. Görüntülərdən bəlli olur ki, efir zamanı yardım məqsədilə çəkiliş meydançasına dəvət edilmiş həkim belə “qəhrəman”ı xərəkdə gətirmək üçün ona iynə vurulmasını təklif edir.

Məlumat üçün deyək ki, Xoşqədəm Hidayətqızı ATV-ni tərk etdikdən sonra veriliş ətrafında qalmaqal yaşanmışdı.

Telekanalın rəhbəri Vüqar Qaradağlı layihənin ATV-yə məxsus olduğunu deyirdi. Ancaq Xoşqədəm Hidayətqızı mətbuat konfransı keçirərək, layihənin müəllifi olduğunu, Müəllif Hüquqları Agentliyindən qeydiyyatdan keçdiyini bildirmişdi.

Məsələ ilə bağlı ATV rəhbəri V. Qaradağlı danışmaq istəməyib.

X. Hidayətqızı isə bildirib ki, o ATV rəhbərliyinin icazəsi olmadan heç bir addım atmayıb. “Mən bilmirəm indi şantaj xarakterli nə hazırlayıblar. Amma mən ATV rəhbərliyinin razılığı olmadan heç bir çəkiliş həyata keçirməmişəm”.

Onu da qeyd edək ki, “Bu şəhərdə”nin son konsertində də X. Hidayətqızının ATV-dəki süni şouları bütün çılpaqlığı ilə ifşa olunmuşdu.

Həmin görüntüləri təqdim edirik:

 
Qeyd edək ki, dünya televiziyalarında analoji konsepsiya üzrə hazırlanan şou xarakterli verilişlərin istisnasız olaraq hamısı müəyyən dərəcədə ssenariləşdirilir və teatrallaşdırılır.
 
bastainfo.com


This post has been seen 3 times.

2 thoughts on “MTRŞ-dən Xoşqədəmin vidosuna münasibət

  • 02.12.2016 at 11:25
    Permalink

    Hello there, You’ve done an excellent job. I will certainly digg it and personally suggest to my friends. I am confident they will be benefited from this site.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: