Akif Çovdarov vəkillərdən imtina edib

Milli Təhlükəsizlik Nazirliyinin keçmiş generalı, ağır cinayətlərə görə həbsdə olan Akif Çovdarov öz vəkillərindən imtina edib. Buna səbəb odur ki, vəkillər “onun müalicə məsələsini həll edə bilmir”. Bu barədə A.Çovdarovun bu gün məhkəməyə təqdim etdiyi yazılı bəyanatda deyilir. Qeyd edək ki, A.Çovdarov öz həbsinə etiraz olaraq bir neçə gündür ki, aclıq edir.

Bu gün o, səhhətinin pis olmadı ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinə getməkdən imtina edib. Lakin hakim Həbib Həsənov A.Çovdarovun gətirilməsinə təkid edib və onu oksigen balışı ilə gətiriblər.

A.Çovdarovdan başqa onun idarəsindən daha üç zabit müttəhimlər kürsüsündə əyləşib. Onlar oğurluq, qanunsuz həbs, mənimsəmə, zorla pul tələb etmə və digər ağır cinayətlərdə ittiham olunurlar.

A.Çovdarovun vəkili Kamandar Nəsibov onun vəkillərdən imtina etməsini Turan-a şərh edərkək deyib ki, bu, müdafiə etdiyi şəxsin  qərarıdır. O, məhkəmə qərarını “öncədən həll olunmuş”, müdafiə tərəfin işini mənasız hesab edir.

A.Çovdarov məhkəmə heyətinə etiraz barədə vəsatət qaldırıb, ancaq ona baxılmayıb. Hakim iclası noyabrın 15-nə keçirib.

 

 

Bastainfo.com



This post has been seen 2 times.

One thought on “Akif Çovdarov vəkillərdən imtina edib

  • 03.12.2016 at 12:00
    Permalink

    Greate pieces. Keep posting such kind of information on your site. Im really impressed by your blog.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: