Hərb və Sülh Araşdırmaları İnstitutunun Bakı ofisi bağlandı

Hərb və Sülh Araşdırmaları İnstitutunun (IWPR) Bakı ofisi fəaliyyətini tamamilə dayandırıb.

AzadlıqRadiosuna ofisin koordinatoru Şahin Rzayevin bildirməsinə görə, onların Bakıdakı ofisi ötən il dayandırılsa da, beynəlxalq layihələrdə təmsil olunublar: «QHT qanunvericiliyində baş vermiş dəyişikliklərdən sonra ofisi bağladıq. Çünki qanunvericiliyin şərtləri bunu tələb edirdi, maliyyə əldə etmək prosesində çətinlik yaranmışdı».

Ş. Rzayev deyir ki, bir müddət beynəlxalq layihələrdə fəaliyyətlərinə davam ediblər: «Ancaq bu da dayandı, artıq bitdi. Mövcud şərtlər bu cür davam etməyə belə imkan vermir».

IWPR-in Bakı ofisi 1999-cu ildən fəaliyyət göstərirdi. 500-dən çox yerli tələbə və jurnalist təşkilatın layihələrində iştirak edib.

IWPR-in Bakı ofisi milli azlıqlar, dini ekstremizm, gender problemləri, insan haqları və başqa mövzular üzrə çoxlu jurnalist araşdırmalarını maliyyələşdirib.

IWPR dünyanın 30-dan çoxölkəsində təmsil olunur.

Azər İsmayıl, bastainfo.com



This post has been seen 28 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: