Müəllimlərin maaşı 40 faiz artacaq

Azərbaycanın 26 şəhər və rayonunda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçən müəllimlərin əmək haqqı gələn il yanvarın 1-dən artımla hesanlanacaq.
.
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu gün keçirilən mətbuat konfransında bildirib.
.
O, deyib ki, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirildikdən sonra qiymətləndirmədən keçən bir müəllimin əmək haqqının nə qədər artacağını demək olmaz: “Çünki əmək haqqı hesablanarkən bir sıra kriteriyalar – müəllimin stajı, dərs yükü, ali təhsilinin, fəxri adının olub-olmaması və s. nəzərə alınır. Ümumilikdə, müəllimlərin maaşı 40 faiz artacaq. Müəllimlərin maaşı Nazirlər Kabinetinin qərarına uyğun hesablanır”.
.
Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: