Rusiya ilə Ermənistanın yaratdığı hərbi birləşmə sırf Azərbaycana qarşıdır – Hərbi ekspert

Noyabrın 14-də  Rusiya prezidenti Vladimir Putin Ermənistanla Rusiyanın birgə hərbi qruplaşmasının yaradılması haqqında sənəd imzalayıb. 

Xəbər verdiyimiz kimi, bu təklif Rusiya Federasiyası hökuməti tərəfindən irəli sürülüb. Prezident Putin təklifi təsdiqləyərək, razılaşmanın imzalanması üçün müvafiq göstəriş verib.

Sərəncama əsasən, Rusiyanın Müdafiə Nazirliyi XİN-in iştirakı ilə Ermənistan tərəfi ilə danışıqları davam etdirməli və iki ölkənin birgə hərbi qruplaşmasının yaradılması haqqında saziş imzalanmalıdır.

Rusiyanın atdığı addımla bağlı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az–a danışıb:

“Rusiyanın bu hərəkətinə dərindən üzülürəm. Bir daha əmin oluram ki, Rusiya Azərbaycana qarşı saxta səmimiyyəti bir qədər də dərinləşdirib. Kimsə fikirləşirsə ki, Rusiya Azərbaycana qarşı səmimi münasibət sərgiləyir, hesab edirəm bu faktlar onları ayıltmalıdır. Rusiyanın Ermənistanda 102-ci bazası var və Rusiyaya da heç bir təhlükə yoxdur. Şükürlər olsun ki, Rusiya son vaxtlar Türkiyə ilə yaxınlaşıb.

rf_i_armeniya_tanki

Sual olunur, bu birləşmənin məqsədi, məramı nədir? Özü də bu birləşmənin komandiri, Ermənistan silahlı qüvvələrinin 4-cü korpusunun komandiri general-mayor Karapetyandır. Ruslar deyir ki, o təkbaşına qərar qəbul edə bilməz. Kim qarantiya verə bilər ki, o da Seyran Ohanyan kimi təkbaşına qərar qəbul edib, rus zabitlərinə komanda verib Azərbaycan əsgərlərini və ərazilərini bombalamayacaq. Əksinə indiki halda bu məsələyə ABŞ və Fransa öz münasibətini bildirməlidir. Burada heç də ikitərəfli münasibətdən söhbət getmir. Burada həm də ATƏT-in Minsk qrupunun həmsədrinin işğalçı ölkə ilə birgə fəaliyyətindən söhbət gedir. Bu hansısa humanitar sahə deyil. Bu birbaşa silah-sursatla, döyüş texnikası ilə Azərbaycanın ərazisinə və təhlükəsizliyinə açıq təhdiddir. Ona görə də, Azərbaycan tərəfi heç nədən çəkinmədən ən azından Rusiyanın Azərbaycandakı səfiri Darkini Xarici İşlər Nazirliyinə çağırmalıdır və ona suallar ünvanlamalı və nota verilməlidir.

Rusiyanın ikibaşlı oyunları, çoxgedişli hiylələrinə görə 20 ildən artıqdır ki, biz torpaqlarımıza qayıda bilmirik. Rusiya elə fikirəşir ki, Azərbaycan öz silahlı qüvvələrini Dağlıq Qarabağın işğaldan azad olunmasında istifadə etməyəcək, amma yanılır. Rusiyanın Ermənistanla hərbi qüvvələrin birləşmiş qruplaşmasının yaranması məlumatı çox incə bir məqamda ictimailəşdirildi. Dünən ölkə başçısı Lələtəpədə çox incə məqamları açıqladı ki, Azərbaycan işğalla barışmayacaq, biz növbəti Lələtəpələrin, əməliyyatların şahidi olacağıq. Dərhal, heç üstündən bir sutka keçməmiş bu məlumat ictimailəşdirildi. Bu o deməkdir ki, Ermənistan Rusiyaya arxalanır. Dünən prezident dedi ki, Ermənistan rəhbərliyi heç kimə güvənməsin. Aydın məsələdir ki, Ermənistan rəhbərliyinin yeganə güvəndiyi yer Rusiyadır. Bu gün də Rusiya öz hərəkəti ilə dedi ki, Ermənistanın arxasında dayanmışam.

Azərbaycan ATƏT-in Minsk qrupundan qəti şəkildə imtina etməlidir. Rusiya ilə bağlı məsələyə də yenidən baxmalıyıq. Rusiya Azərbaycana çox təhlükəli bir sürpriz hazırlayır. Rusiyanın və ABŞ-ın ATƏT-dəki səfirləri bir-birilərinin ardınca eyni fikiri səsləndirdi. Ola bilsin ki, ABŞ-ın yeni prezidenti Tramp Dağlıq Qarabağla bağlı kefi istədiyi qərarı versin. Rusiya da ABŞ-ı əsas gətirib Dağlıq Qarabağı müstəqil qurum kimi tanıyacağını bildirəcək. Bütün proseslər bu istiqamətdə gedir.

Rusiya ilə Ermənistanın yaratdığı hərbi birləşmə sırf Azərbaycana qarşıdır. İki dünya bir olsa da sübut etməyə hazıram ki, bu məsələ Azərbaycana qarşıdır”.

Bastainfo.com



This post has been seen 2 times.

One thought on “Rusiya ilə Ermənistanın yaratdığı hərbi birləşmə sırf Azərbaycana qarşıdır – Hərbi ekspert

  • 02.12.2016 at 22:55
    Permalink

    It is the best time to make a few plans for the future and it is time to be happy. I’ve read this submit and if I may I desire to counsel you some attention-grabbing issues or tips. Perhaps you could write subsequent articles regarding this article. I desire to learn even more issues approximately it!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: