Zabil Müqabiloğlu ilə bağlı həkimlərin son qərarı bəlli oldu

Bu gün Mərkəzi Neftçilər Xəstəxanasının həkim konsiliumunun jurnalist Zabil Müqabiloğlunun müalicəsi ilə bağlı son qərarı bəlli olub.

Zabil Müqabiloğlunun yaxınlarının “Basta”ya verdiyi məlumata görə, həkimlər qara ciyər transplantasiyasının zəruri olduğunu bildiriblər. Bunun üçün qara ciyər donoru tapılmalı və olduqca bahalı cərrahiyyə əməliyyatı həyata keçirilməlidir. Əməliyyatın Azərbaycanda, yaxud başqa ölkədə həyata keçirilməsi mümkündür.

Jurnalistlərin qohumları bildirir ki, Mərkəzi Nefçilər Xəstəxanasının baş həkimindən və həkim personalından razıdırlar.

“Daim Zabili diqqətdə saxlayırlar. Lazım olan proseduraları həyata keçirirlər. Əflatun Amaşov, Qənirə Paşayeva da müalicəni diqqətdə saxlayırlar. Amma əsas işlər bundan sonra olmalıdır. Dövlət tərəfindən dəstək olmasa, bu əməliyyatı həyata keçirə bilməyəcəyik. Ümid edirik ki, bu dəstək sona qədər olacaq və Zabili xilas edə biləcəyik”, – jurnalistin yaxınlarından biri deyib.

Zabil Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib.
.
Xatırladaq ki, Zabil Müqabiloğlu “525-ci qəzet”,  “Yeni Müsavat” və digər mətbu orqanlarda çalışıb, hazırda “Gunxeber.com” saytının baş redaktorudur.
 
Bastainfo.com
%d bloqqer bunu bəyənir: