Beynəlxalq hesabat: Azərbaycanda 38, Gürcüstanda 7% rüşvət verir…

Avropa və Asiyada hər 3 adamdan biri ölkəsinin korrupsiya problemiylə üz-üzə qaldığını düşünür. Korrupsiya ilə mübarizə aparan beynəlxalq qurum“Transparency International”ın yeni hesabatında belə deyilir.

42 ÖLKƏDƏ 60 MİN VƏTƏNDAŞ

Hesabatın hazırlanmasında iştirak edən vətəndaşların çoxu dövlət rəsmiləri və millət vəkillərinin rüşvət aldığına əmindir və dövlətin korrupsiyanı əngəlləməyə yetərincə iş görmədiyini deyib.

“Transparency İnternational” sənədi hazırlamaqdan ötrü 42 ölkədə 60 mindən çox vətəndaşla danışıb, onların gündəlik həyatda korrupsiya ilə nə qədər sıx üzləşdiyini öyrənərək, qiymətləndirmə aparıb, – AzadlıqRadiosu məlumat verir.

Hesabatın xəritəsi korrupsiyadan Avropanın şərq hissəsinin əziyyət çəkdiyini, ümumiyyətlə, rüşvətxorluğun səviyyəsinin şərqə doğru artdığını göstərir.

Hesabata görə, Azərbaycan korrupsiyanın ciddi problem olduğu ölkələrdəndir. Bu ölkədə vətəndaşların 38%-i ictimai xidmətlərdən yararlanmaq üçün rüşvət verdiyini bildirib.

0 FAİZ

Ən yüksək rəqəm Tacikistanda və Moldovada qeydə alınıb. Tacikistanda əhalinin yarısı, Moldovada isə 42%-i korrupsiyayla tez-tez üzləşdiklərini deyib. Qonşu ölkələrdən Rusiyanın göstəricisi 34%, Türkiyəninki 18%, Ermənistanın göstəricisi 24%, Gürcüstanınkı isə 7%-dir.

Ən aşağı, yəni ən yaxşı rəqəm Böyük Britaniyanınkıdır – 0%. İsveçdə rəyi soruşulanların cəmi 1%-i, Niderland, Fransa və Portuqaliyada 2%-i ölkədə korrupsiyanın olduğunu bildirib.

Amma həm Avropa Birliyi (AB) dövlətlərində, həm də AB üzvlüyünə namizəd ölkələrdə əhalinin yarıdan çoxu (53%), elə MDB və ümumiyyətlə, keçmiş Sovet ölkələrində də əhalinin 56%-i hökumətin korrupsiyanın qarşısını almaqda aciz olduğunu deyib.

Bundan başqa, vətəndaşlar varlıların dövlət siyasətinə təsir etmək iqtidarında olduğuna əmindirlər. “Korrupsiya bütün Avropa və Mərkəzi Asiyada ciddi problemdir. AB ölkələrində də əhali varlıların və vəzifə başında olanların sistemi öz xeyirlərinə dəyişdirdiklərini görür”. Bunu “Transparency İnternational”ın rəhbəri Jose Ugaz deyib. Onun sözlərinə görə, dövlətlər məhz hakimiyyətdəkilərin mənfəətini güddüklərindən korrupsiyayla yetərincə mübarizə aparmırlar.

30% EHTİYATLANIR

Təşkilatın araşdırmaları göstərir ki, korrupsiyayla mübarizəyə əngəl amillərdən biri də vətəndaşların bu barədə danışmaqdan çəkinməsidir. Hesabat hazırlanarkən rəyi soruşulanların 30%-i əhalinin nəticələrdən ehtiyatlanaraq bu barədə danışmaq istəmədiyini bildirib.

Məsələn, Ukrayna və Azərbaycanda rüşvətxorluğun səviyyəsi eyni rəqəmlə – 38%-lə göstərildiyi halda, Ukraynada rəyi soruşulanların 86%-i korrupsiyaya görə hakimiyyətdəkiləri günahlandırıb. Amma hesabatda Azərbaycanda rəsmilərə ittihamla bağlı rəqəm yoxdur.

“Transparency İnternational” korrupsiyayla mübarizə tövsiyələrini də açıqlayır. Qurum qanunların şəffaflığının, məhkəmələrin müstəqilliyinin, korrupsiya hallarını ifşa edən şəxslərin qorunmasının təmin olunmasını, hökumətlərin bundan ötrü müvafiq qanunlar qəbul etməsini məsləhət görür.

Hakimiyyət təmsilçiləri, hələlik, bu hesabatla bağlı mövqe açıqlamayıblar. Amma hökumət ölkədə korrupsiyanın tüğyan etməsiylə bağlı fikirləri, bir qayda olaraq, rədd edir, bu sahədə bir sıra qanunvericilik tədbirlərinin görüldüyünü, daimi mübarizə aparıldığını vurğulayır. Dövlət başçısı daxil olmaqla, rəsmilər son illər yaradılmış “ASAN” xidmətin ölkədə korrupsiyanın səviyyəsini azaltdığını bildirir.

Bastainfo.com



This post has been seen 18 times.

3 thoughts on “Beynəlxalq hesabat: Azərbaycanda 38, Gürcüstanda 7% rüşvət verir…

  • 01.12.2016 at 01:58
    Permalink

    110954 875310If youre still on the fence: grab your favorite earphones, head down to a Greatest Buy and ask to plug them into a Zune then an iPod and see which one sounds much better to you, and which interface makes you smile much more. Then youll know which is correct for you. 39261

    Reply
  • 02.12.2016 at 16:15
    Permalink

    Woah! I’m really digging the template/theme of this blog. It’s simple, yet effective. A lot of times it’s hard to get that “perfect balance” between superb usability and visual appeal. I must say you’ve done a very good job with this. Additionally, the blog loads super fast for me on Internet explorer. Excellent Blog!|

    Reply
  • 06.12.2016 at 10:50
    Permalink

    I think the admin of this site is really working hard in favor of his web site, for the reason that here every material is quality based material.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: