Dolların satışı dayandırıldı

Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları ABŞ dollarının nağd satışını dayandırıb. 

“Report”un monitorinq qrupunun kommersiya banklarında apardığı müşahidələr göstərir ki, bu gün, noyabrın 16-da “Bank of Baku” və “Muğanbank” kimi banklarda satış tamamilə məhdudlaşdırılıb. “Accessbank”da satış limiti 200 dollar, “ASB” və “BTB”-də 100 dollar məbləğində müəyyənləşdirilib. “Amrahbank” isə dolların alışı olduğu təqdirdə satışın da həyata keçirildiyini bildirir.

Qeyd edək ki, dollar qıtlığının yaranmasına səbəb dünən, noyabrın 15-də AMB-nin keçirdiyi sonuncu valyuta hərracında bankların tələbatının cəmi 8% ödənilməsi ilə bağlıdır. Hərracın bitməsindən həmən sonra valyuta bazarında qıtlıq yaranıb, bu da öz növbəsində “qara bazar”da dolların satış məzənnəsinin 1,81-1,82 manata kimi yüksəlməsinə gətirib çıxarıb. Xatırladaq ki, bankların bu gün dolların maksimal satış məzənnəsi 1,7720 AZN/USD ola bilər.

“Report”un analitik qrupu dünya bazarında dolların məzənnəsinin möhkəmlənməsi prosesinin sürətləndiyini bildirir: “Nəticədə, dünyanın əksər valyutaları dollarla müqayisədə ucuzlaşıb. Bura, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə, Çin və Rusiyanın da valyutaları aiddir. Son günlərdə ən çox devalvasiyaya uğrayan isə Türkiyə lirəsi olub. Belə ki, son bir ayda lirə dollarla müqayisədə 8% ucuzlaşıb. Çin yuanı eyni dövrdə 2,2%, rubl isə 4% dəyərdən düşüb”.

Analitik qrup mövcud durumun manatın məzənnəsinə təzyiqləri artıracağını, ilin sonuna qədər ən yaxşı halda Azərbaycanda dolların məzənnəsinin 1,90 AZN/USD-yə çatacağını, “qara bazar”da isə 2,00 AZN/USD-ni üstələyəcəyini proqnozlaşdırır.

Bastainfo.com

3 thoughts on “Dolların satışı dayandırıldı

  • 30.11.2016 at 21:55
    Permalink

    635123 77499The electronic cigarette makes use of a battery and a small heating aspect the vaporize the e-liquid. This vapor can then be inhaled and exhaled 625961

    Reply
  • 01.12.2016 at 02:14
    Permalink

    586357 34489Glad to be 1 of several visitants on this awful site : D. 671846

    Reply
  • 03.12.2016 at 02:15
    Permalink

    I know this site presents quality based articles or reviews and additional material, is there any other site which offers these kinds of data in quality?|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: