İŞİD-ə qoşulan daha 7 azərbaycanlıya hökm oxundu

“İraq-Şam İslam Dövləti” (İŞİD) və başqa qruplaşmalara qoşulmaqda, onların tərkibində döyüşlərdə iştirakda suçlanan daha 7 azərbaycanlının mühakiməsi başa çatıb.

Noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə əsasən, onlara ümumilikdə 74 il 6 ay cəza verilib – təqsirləndirilən şəxslərdən Elbrus Əzizovİlahi Əzizovun hər biri 14 il, Babək Şirinov 13 il 6 ay, Rasim Bədəlov 12 il, Namiq Quliyev 11 il 6 ay, Elman Mirzəbəyov 7 il, Əfqan Şamxalov isə 2 il 6 ay azadlıqdan məhrum edilib, – AzadlıqRadiosu məlumat verir.

Adları çəkilən təqsirləndirilənləri 2015-ci ildə o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (hazırda Dövlət Təhlükəsizliyi Xidməti) əməkdaşları həbs eləyib. Onlar 2013-2015-ci illər ərzində Suriya və İraq ərazisində müxtəlif silahlı birləşmələrə qoşulmaqda, o cümlədən İŞİD, “Cəbhətül-Nüsra” və “Cundu Şam” kimi qruplaşmaların fəaliyyətində iştirakda suçlanırlar. Elman Mirzəbəyov isə onları sərhəddən qanunsuz keçirməkdə günahlandırılır.

İFADƏNİ İSTİNTAQ ALTINDA VERDİKLƏRİNİ DEYİRLƏR

Amma təqsirləndirilənlər ittihamı rədd edirlər. Məhkəmədə də bildiriblər ki, ittihamda yazılanlar yalandır, heç bir qruplaşmanın tərkibində döyüşməyiblər, təlimlərə qatılmayıblar. Cinayət işinin materiallarındakı ifadələrinə gəlincə, bunu istintaq zamanı təzyiqə məruz qalmaları ilə izah ediblər.

Bu işdə şahid kimi adı keçənlərin bir qismi də daha öncə eyni ittihamla mühakimə olunmuş və hazırda da cəza çəkən şəxslər idi. Onlardan Kamran Əzizov, Malik Musayev şahid kimi ifadə vermək üçün bu iş üzrə məhkəməyə gətirilsələr də, danışmaqdan imtina etdilər. Hakim onlara şahid kimi ifadə verməyə borclu olduqları, əks halda, barələrində ifadə verməkdən imtinaya görə cinayət işi başlana biləcəyi haqda xəbərdarlıq elədi, amma onlar fikirlərindən dönmədilər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir müddət əvvəl Kamran Əzizov 14 il 6 ay, Malik Musayev isə 13 il 6 ay həbs cəzası alıb.

One thought on “İŞİD-ə qoşulan daha 7 azərbaycanlıya hökm oxundu

  • 02.12.2016 at 22:08
    Permalink

    Hi, i believe that i noticed you visited my web site thus i got here to return the prefer?.I am trying to to find issues to improve my site!I guess its adequate to make use of a few of your ideas!!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: