Müsavat başqanı yubilyarı təbrik etdi

Müsavat Partiyasının başqanı Arif Hacılı Niyazi Zöhrabovu doğum günü münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

 “Hörmətli  Niyazi bəy!

Sizi 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, Sizə uzun ömür can sağlığı, işlərinizdə uğurlar arzulayıram.

Siz ilk gündən  Azərbaycan Xalq Hərakatına qoşularaq, ölkəmizin istiqlalı uğrunda gedən mübarizənin fəal iştirakçılarından biri olmusunuz. Müsavat Partiyası bərpa olunduqdan sonra isə onun sıralarına qoşularaq ölkədə hüquqi dövlətin, demokratik cəmiyyətinin qurulması uğrunda gedən mübarizənin ön sıralarında olmusunuz.

Hazırda Müsavat Partiyası   Qebele rayon təşkilatının üzvü kimi rayon təşkilatının güclənməsi, partiyanın qərarlarının icrası, Müsavat ideologiyasının təbliği, sıralarımızın artırılması və digər sahələrdə ciddi işlər görürsünüz.

Fəal həyat mövqeyiniz, işgüzarlığınız, prinsipiallığınız, səmimiyyətiniz, şərəfli pedoqoji fəaliyyətiniz partiyadaşlarımız və ictimaiyyət arasında Sizə böyük nüfüz qazandırıb. Siz bütün təziqlərə baxmayaraq, əqidənizə sadiq qalmısınız. Əminəm ki, Sizi tanıyanlar, yaxınlarınız hər zaman Sizin kimi əqidəli bir müsavatçının, fədakar ziyalının həyat yolu ilə daim qürur duyacaqlar.

Hörmətli  Niyazi  bəy!

Sizi bir daha doğum günü münasibətilə təbrik edir, Sizə şəxsi həyatınızda xoşbəxtlik və apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram.”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: