Nardaran məhbuslarının qohumlarına təzyiq edilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilib. Prosesdə Müsavat başqanı Arif Hacılı da iştirak edib.

“Nardaran işi” üzrə ittiham olunan şəxslərin qohumları təzyiqə məruz qalır. Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin noyabrın 16-da keçirilən iclasında “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə bildirib, – “Amerikanın səsi” məlumat verir.

O, bildirib ki, məhkəmə nəzarətçiləri ittiham olunan şəxslərin prosesə gələn doğmalarının şəxsiyyət vəsiqələrini yığır. Məhkəmə işçiləri sənədlərin surətini çıxarır, sonradan polis ünvan məlumatlarından istifadə edir, onları tapır və təzyiq göstərir.

Xüsusən, müttəhim İbrahim Xudaverdiyev bildirib ki, onun qohumları prosesdə iştiraka görə təzyiqə məruz qalırlar.

Xudaverdiyevin sözlərinə görə, qaynını polisə çağırıblar və onun bacısının (Xudaverdiyevin həyat yoldaşı) məhkəməyə getməməsini tələb ediblər.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər öldürülüb. Bu iş üzrə əksəriyyəti “Müsəlman Birliyi” hərəkatının üzvləri və tərəfdarları olmaqla, ümumilikdə 70-ə yaxın insan məsuliyyətə cəlb olunub.Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə – konstitusiya quruluşunun zorla dəyişdirilməsi, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaq və b. ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə ittiham olunan 18 nəfərin işi üzrə proses gedir. Onlar arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da var, o, dövlət əleyhinə çağırışlarda, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışlarda ittiham olunur.

Məhkəmə qarşısına çıxarılan şəxslər ittihamları qəbul etmir və sifariş olduğunu bildirir.

Məhkəmə prosesi noyabrın 18-də davam edəcək.

Bastainfo.com



This post has been seen 30 times.

4 thoughts on “Nardaran məhbuslarının qohumlarına təzyiq edilir

  • 01.12.2016 at 05:21
    Permalink

    411793 968430Intersting post and website. Great that Google listed so i was able to get here. This website will go no in my bookmarks from now. 75393

    Reply
  • 02.12.2016 at 21:41
    Permalink

    What’s up, of course this article is actually nice and I have learned lot of things from it on the topic of blogging. thanks.|

    Reply
  • 07.12.2016 at 16:51
    Permalink

    145715 442658I actually like your writing style, excellent information , thankyou for putting up : D. 866473

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: