Təcavüzə məruz qaldığı deyilən qızın atası: “Direktor gecə saat 2-də zəng edib”

Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqlinin zorladığı deyilən məktəblinin atası Rəmzi Abduləliyev olayla bağlı açıqlama verib.

Onun sözlərinə görə, hadisə noyabr ayının 14-ü gecə saat 02 radələrində baş verib: “Mən qızın anası ilə 1999-cu ildə boşanmışıq, qızım anası ilə birlikdə yaşayır. Hadisə barədə dünən keçmiş həyat yoldaşım mənə danışdı, – teleqraf.com xəbər verir.

Ceyhun qızın anasının nömrəsinə zəng edib, qızım telefonu açıb. Deyib ki, sən yaxşı oxuduğun üçün məktəb sənə hədiyyə, kitab göndərib. Qız həyətə düşüb ki, müəllimindən kitabı alsın, həmin vaxt direktor onu zorlamaq istəyib. Qızın qışqırtısına anası yuxudan oyanıb, şillə-qapaz vurub, Ceyhun qaçıb.

Ayaqqabısının bir tayı, telefonu düşüb, həyətdə qalıb. Anası deyir ki, 5 dəqiqə gec getsəydim, qızın həyatını da korlaya bilərdi”.

Qızın atası deyir ki, hadisə olan vaxt polisə müraciət olunub: “Qızım qorxusundan qaçıb, evin altında gizlənib. Hazırda polis şöbəsindədir. O məktəbdə mənim bir oğlum da oxuyur, bundan sonra o məktəbə necə uşaq göndərmək olar ki? Təhsil Nazirliyinin təyin etdiyi bir insanın bu cür iş görəcəyini bilməzdik”.

Rəmzi Abduləliyev qeyd edib ki, qızı 9-cu sinifdə oxuyur, universitetə hazırlaşdığı üçün bir neçə fəndən hazırlığa gedir: “Elə tarix fənnindən də Ceyhun müəllim hazırlaşdırırdı”.

Qeyd edək ki, bəzi saytlarda yayılan məlumata  görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərindən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Ceyhun Tofiqli haqqında cinayət işi başladılıb və iş Zərdab Rayon Prokurorluğu tərəfindən araşdırılır.

RƏSMİ MƏLUMAT

Zərdab Rayon Polis Şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab Rayon Prokurorluğuna göndərilib.

Zərdab Rayon Təhsil Şöbəsi də məktəb direktorunun şagirdinə təcavüz etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Təhsil Şöbəsindən Oxu.Az-a daxil olan məlumatda bildirilib ki, Zərdab Rayon Təhsil Şöbəsi müdirinin müvafiq əmri ilə Şahhüseynli kənd tam orta məktəbin direktoru vəzifəsi həvalə olunan Şirəliyev (Tofiqli) Ceyhun Hafis oğlu noyabrın 14-də saat 23:00 radələrində həmin məktəbin 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Abduləliyeva Nərgiz Rəmzi qızı ilə onun yaşadığı evin həyətində söhbət edərkən anası görüb və bu barədə Zərdab Rayon Polis Şöbəsinə məlumat verib.

Şagirdin valideynlərinin şikayəti əsasında C.Şirəliyev rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, haqqında cinayət işi açılmayıb. 

Hazırda iş rayon Prokurorluğunun nəzarətindədir və bununla bağlı araşdırma aparılır.

Bastainfo.com



This post has been seen 6 times.

One thought on “Təcavüzə məruz qaldığı deyilən qızın atası: “Direktor gecə saat 2-də zəng edib”

  • 03.12.2016 at 21:55
    Permalink

    Hi, I do think this is an excellent site. I stumbledupon it 😉 I may revisit once again since i have book marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to guide others.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: