17 noyabr –Milli Dirçəliş Günüdür

Bu gün, noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd edilir.

1988-ci il noyabrın 17-də Bakının Lenin, indiki Azadlıq meydanında Qarabağda baş verən hadisələrə etiraz olaraq mitinqlər başlayıb.

Sovet İttifaqı və yerli partiya rəhbərliyinin məsələnin həllinə biganə yanaşması vətəndaşları daha da hiddətləndirdiyindən, az vaxt ərzində yüz minlərlə insan hərəkata qoşulub.

Hərəkat 17 gün davam edib və sonda sovet ordusunun zorakılığı ilə dağıdılıb.
1992-ci ildə bu gün bayramlar sırasına salınıb və qeyri-iş günü elan edilib.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş dəyişikliklərə görə, artıq qeyri-iş günü deyil.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: