Avropa Birliyi Ukrayna ilə vizasız rejimin tətbiqinə ilkin razılıq verib

Avropa Birliyi ölkələri müəyyən şərtlər əsasında Ukrayna ilə vizasız rejimin tətbiqinə ilkin razılıq veriblər, – Avropa diplomatik dairələrindəki mənbələrə istinadən Reuters məlumat verir.

Vizasız rejim barədə qərar AB ölkələrində razılıqların təcili dayandırılması mexanizminə xitam verilməsi barədə razılıq əldə olunduqdan sonra qüvvəyə minəcək.

“Mən çox şadam ki, bizim qərarımız Ukrayna 24 noyabr – AB sammiti ərəfəsində müsbət siqnallar verir “, – AB-nin slovakiyalı nümayəndəsi Piter Yavorçik bildirib.

Ukrayna Prezidenti Petro Poroşenko bir gün öncə bəyan etmişdir ki, Ukrayna tələb olunan öhdəlikləri yerinə yetirib və “Aİ tərəfdaşlarından müvafiq qərar gözləmək hüququnu əldə edib (vizasız rejim barədə)”.

Vizasız rejim yalnız Şengen razılaşmasına daxil olan ölkələrə giriş əldə etmək üçün keçərli olacaq, Böyük Britaniya və İrlandiyaya səyahət etmək üçün isə ukraynalılar ayrıca vizalar hazırlamalı olacaqlar.

Azər İsmayıl

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: