“Azərbaycan səsvermədə iştirak etməməklə faktiki olaraq Rusiyanı dəstəkləyib”

“Hərbi əməliyyatları Moskva “dur” deyən kimi durduracaqsızsa, diplomatik təşəbbüsü ələ almaq imkanlarını bir- birinin ardınca Rusiyanın maraqlarına qurban verəcəksinizsə Qarabağı necə azad edəcəksiniz?”

Xəbər verdiyimiz kimi Ukrayna BMT də Krımla bağlı qətnamnin qəbul olunmasına nail olub. Azərbaycan hökumətinin bu qətnamə haqda mövqeyini təhlil edən Müsavat başqanı Arif Hacılı öz facebook səhifəsində belə yazıb:

Ukrayna BMT də Krımla bağlı qətnamənin qəbul edilməsinə nail olub.

Sənəddə Krım işğal olunmuş ərazi adlandırılır.

Azərbaycan səsvermədə iştirak etməməklə faktiki olaraq Rusiyanı dəstəkləyib.

Hakimiyyətin bu davranışı ölkəmizin mənafelərinə ciddi zərbədir.

Krım problemi ilə Qarabağ problemi mahiyyətcə eynidir. Dünya birliyinin Krımın işğaldan azad olunmasını tələb etməsi həm də Qarabağın azad edilməsi mövzusunu aktuallaşdırmaq üçün bir şansdır.

Azərbaycan hakimiyyəti bu şansdan yararlanmaq, bu istiqamətdə diplomatik təşəbbüskarlığı artırmaq əvəzinə, kənara çəkilir, dolayısı ilə Rusiyaya dəstək verir.

İlham Əliyev dəfələrlə deyib ki, Qarabağ azad ediləcək, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək.

Hərbi əməliyyatları Moskva “dur” deyən kimi durduracaqsızsa, diplomatik təşəbbüsü ələ almaq imkanlarını bir- birinin ardınca Rusiyanın maraqlarına qurban verəcəksinizsə Qarabağı necə azad edəcəksiniz?”

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: