Azərbaycanda Gender problemi – Qadınlar nə istəyir?

“Gender bərabərliyi qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti deməkdir.”

Azərbaycan Respublikası 1995-ci ildə qadınlara qarşı bütün növ ayrı-seçkiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul etmiş və onlara qoşulmuşdur.
2006-cı ildə əlavə olaraq Gender Bərabərliyi haqqında yeni qanun qəbul olunub.gender-1
Azərbaycan Konstitusiyasına görə ölkədə yaşayan bütün vətəndaşlar cinsinə, dilinə, dininə, irqinə görə bərabər hüquqa malikdir. Azərbaycanda Gender bərabərliyinin vəziyyəti, gender qanununa riayət olunması hansı səviyyədədir?Hər gün rastlaşdığımız qadın zorakılığı və ölümləri vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. Gender probleminin fonunda törədilmiş hadisənin cəmiyyətə hansı formada təqdim olunmasında yük birinci növbədə media nümayəndələrinin üzərinə düşür.Baş vermiş hadisələrin gündəmə gətirilməsi və ictimailəşdirilməsində medianın rolu böyükdür. Əhəmiyyətli məsələlərdən biri də odur ki, bu hadisələr haqda məlumatın ictimaiyyətə olduğu kimi çatdırılmasında medianın rolu qeyri-kafi qiymətləndirilir.

Belə ki, əvvəllər Azərbaycanın əsasən, cənub bölgələrində qadınların hüquqlarının pozulması qeydə alınırdısa, artıq bu hal daha ağır forması ilə ölkənin digər bölgələrində də baş verir. Media isə yalnız informasiya xarakterli məlumatı ötürməklə kifayətlənir.

Bunun da müxtəlif və çox keçərli səbəbləri var. Hal-hazırda bütövlükdə Azərbaycan teleməkanı bir qrup şovinist xislətli dəstə tərəfindən işğal olunub və Azərbaycan həqiqətlərinin cəmiyyətə çatdırılmasında məhdudiyyətlər var.

Ölkədə “sarı” mətbuatın vüsət alması insanları yaşadıqları ağır həyatın reallıqlarıdan yayındırıb bir qrup oliqarxın və şou-biznes adamlarının təbliğatına imkan yaradır. Azərbaycan Tv-dən göründüyü kimi gülüstandırmı?

Əslində isə; ölkədə insan hüquqları pozulur, insanların səs, söz, azad toplaşma hüququ əlindən alınır. Cinayətlər baş verir. Dünyaya insan əta edən QADİNlar qətlə yetirilir, zorakılıq və hər cür hüquqpozuntusu həyata keçirilir. Korrupsioner və diktator rejiminin mövcud olduğu ölkəmizdə cinayətkarlıq əməlləri törədilir və ört-basdır edilir. Cəmiyyəti girdaba sürükləyən bu bəlaları müzakirə edib, təkliflər paketi hazırlamaq əvəzinə efirlərdə şoular göstərilir, izləyici kütlənin beyni ütülənir.1452377577324

Gender meselerində olan qüsurlardan biri də odur ki, qətlə yetirilmiş qadınların qatillərinin bəraət alması üçün qadınlar öldürüldükdən sonra da simvolik olaraq cəzalandırılır. Cinayətin “qısqanclıq” zəminində baş verdiyini sübut etmək üçün qadına “əxlaqsız” damğası vurulur, qatil bəraət alır, qadın isə dünyasını dəyişəndən sonra da, əxlaqsız kimi anılır.

Ölkədə çoxdan çökmüş bir hüquq sisteminin mövcudluğu hər birimiz bilirik. Qanunların ancaq “qanun” olaraq cəmiyyətə Konstitusiya adlı məcmuə formasında təqdim olunması, toplumun mənafeyinə xidmət edən heç bir qanuna rəayət olunmaması.

Azərbaycanda QHT-nın da, hansı səviyyədə olduğu heç kimə sirr deyil.

Qadın problemlərini QHT-lər necə işıqlandırır? Görünüşə görə aidiyyatı təyinat üzrə yaradılmış QHT-lər mərkəzdə, bölgələrdə bu məsələ ilə bağlı tədbirlər keçirir. Adətən bu tədbirlər də, formal xarakter daşıyır. Çünki burda ancaq eyni simalar iştirak edir, sadəcə toplaşırlar, özləri danışıb, özləri eşidir və reklam xarakterli məlumatların mediaya ötürülməsindən başqa məqsəd güdmür. Qadın problemləri isə həllini tapmaq əvəzinə daha da artır.

Gender məsələlərinin kökündə duran birinci səbəb iqtisadi böhran, psixoloji gərginlikdən yaranan emossional haldırsa, ikinci və çox önəmli səbəb mentalitetə əsaslanan, cəmiyyətdə dərin kök salmış streotiplədir. Bu streotipləri dağıtmaq, bizi qane etməyən cəmiyyətin yenidən qurulması barədə gözlədiyimiz müsbət nəticə reallığa yaxındırmı? Avtoritar sistemlərdə insan haqqlarının pozulması faktoru yüksəldikcə gender bərabərliyi ikinci plana keçir və bir növ əhəmiyyətini itirir. Bu yanaşma doğrudurmu?

Cəmiyyətin yenidən qurulmasına cəhd edən qadın bütün məsuliyyəti ilə hər cür ağır yükün altına girir. Kişilərlə bərabər istehsalatda, sənayedə, kənd təsərrüfatında və əmək sərf olunan digər bütün sahələrdə çalışa bilirsə, qarşı cinsin edə bilmədiyi, işdən sonrakı ev-ailə və məişət qayğılarını da çəkirsə onun yeni, daha mükəmməl , qadına dəyər verilən inkişaf etmiş cəmiyyət arzulaması niyə də qəbul olunmasın?file_20140509104040866
İctimai həyatın mühüm cəhətlərindən biri olan Gender probleminin yaranması mənafe toquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdırsa onu ölkədə baş verən siyasi və iqtisadi məsələlərlə də, əlaqələndirmək lazımdır.

Gender problemini bu proseslərdən təcrid edərək təhlil etmək mümkün deyil. Qadınlar  Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edir və zərərçəkənlərin də durumunun bu həddə gəlib çıxmasının fundamental və sosial tərəfləri var.

Gender probleminin qismən də olsa aradan qaldırılması üçün nə etməliyik? Bunun çoxşaxəli və prinsipial qaydada həyata keçirilməsi zəruri olan həlli yolları var. Bu məsələnin ən doğru yol xəritəsi mental streotiplərdən azad olaraq, cəmiyyətdə ictimai və sosial streotiplərinin formalaşmasına təkan verməkdi.

Mentalitetin Azərbaycanda törətdiyi balans pozğunluğu kişi və qadın münasibətlərində özünü kəskin surətdə bruzə verir və ən kiçik zədələrdə qırılıb tökülməsinə, cinslər arasında xüsusi bağ təşkil edən dəyərlərin məhv edilməsinə hətta bir-birinin qətlinə qədər gətirib çıxardır.

Dövlət nəzarətindən tam olaraq kənarda qalan bu məsələ Gender qanunun işləməməsi ilə tam olaraq sübut olunub.

Gender məsələləri barədə qanunun 5-ci maddəsinə əsasən cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan, İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, işaxtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir.

Bu qanunun da digərləri kimi işləməməsi “Ancaq gənc və gözəl qızlar üçün iş yerləri” tipli elanlar verən müəssisə rəhbərləri cinayət məsuliyyətinə cəlb olunmaması kimi faktlarla isbatını tapır.

Belə bir sual çıxır ortaya. “Konstitusiyanın bu bəndi, maddələri ilə birlikdə bu qədər əhəmiyyətsiz idisə, niyə qəbul olunub?”

Qadınlara dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmalı, zorakılığa, iqtisadi, psixoloji, fiziki təzyiqə məruz qalmasının, öldürülməsinin qarşısının alınması üçün xüsusi dövlət dəstəyi göstərilməlidir.

Qanunlar işlək olmalı, sürətlə vüsət alan Gender probleminin yaranması səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülməlidir.

Könül Alı, Müsavat Məclisinin Gender Komissiyasının sədri 

Bastainfo.com



This post has been seen 88484 times.

2 thoughts on “Azərbaycanda Gender problemi – Qadınlar nə istəyir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: