Müsavat başqanı hökumətə irad bildirdi: “İndi bir çox saxta bayramlar qeyd olunur”

Müsavat başqanı Arif Hacılı Azərbaycanda Milli Dirçəliş Gününün yüksək səviyyədə qeyd olunmadığına narazılığını bildirib və Azərbaycan xalqını bu gün münasibətiylə təbrik edib.

 Arif Hacılı bu haqda öz facebook səhifəsində yazıb:

 “AZƏRBAYCAN xalqının uzun fasilədən sonra öz iradəsini açıq ifadə etdiyi 17 noyabr günündən 28 il keçir.
 Noyabr mitinqləri bir çox streotipləri dağıtdı. Bir neçə gün ərzində milyonlarla insanın dünyagörüşündə dəyişikliklər baş verdi.
 Cəmiyyət öz gücünə inandı.
 İndi bir çox saxta bayramlar qeyd olunur. 17 noyabr isə həqiqətən özünüdərk günlərimizdən biridir.
 Tariximizdə belə günlərin yenə də olacağına heç şübhəm yoxdur.
 Hər kəsi Dirçəliş Günü münasibəti ilə təbrik edirəm.”

 

Bastainfo.com

One thought on “Müsavat başqanı hökumətə irad bildirdi: “İndi bir çox saxta bayramlar qeyd olunur”

  • 02.12.2016 at 01:49
    Permalink

    Really when someone doesn’t be aware of after that its up to other users that they will assist, so here it happens.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: