Aydın Əliyev 150 milyon manatı hardan alıb? – REPLİKA

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, komitənin xətti ilə ilin əvvəlindən bu günə kimi büdcəyə 1 milyard 960 milyon manat vəsait köçürülüb. A.Əliyev deyib ki, bu, nəzərdə tutulan büdcə proqnozundan 150 milyon manat artıqdır.

A.Əliyev 150 milyon vəsaitin hansı gəlirlərin səyəsində artdığını dilə gətirməyib. Bəs gömrük şefi bu qədər pulu hardan alıb?

Rəsmi statistikaya görə, bu il Azərbaycanda maliyyə əməliyyatları ötən il ilə müqayisədə 3 dəfə azalıb.

Bu ilin 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 11 mlrd. 330 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır. Bu barədə sentyabrın 16-da Dövlət Gömrük Komitəsi özü məlumat verib.
 
Bəs necə olub ki, xarici ticarət 25% azaldığı halda, gömrük komitəsi büdcəyə 150 milyon manat artıq pul köçürüb?
 
Zənnimizcə, Aydın Əliyevin bu açıqlaması ötən illərdə gömrük orqanlarında büdcədən 100 milyonlarla vəsaitin yayındırılmasının etirafıdır. Ehtimal ki, məsələ belədir: ölkədəki böhranı aradan qaldırmaq, ən azı əhalinin maaş və pensiyalarını ödəyə bilmək üçün dövlət başçısı İlham  Əliyev büdcəyə köçürmələrin məbləğinin artırılmasını istəyib, Gömrük Komitəsinin rəhbərliyi bu göstərişi “yeyintinin” miqyasını azaltmaq hesabına icra edib.
 
 
Mustafa Hacıbəyli
 
Bastainfo.com

2 thoughts on “Aydın Əliyev 150 milyon manatı hardan alıb? – REPLİKA

  • 01.12.2016 at 05:40
    Permalink

    334043 603990Hmm is anyone else experiencing troubles with the images on this weblog loading? Im trying to uncover out if its a dilemma on my finish or if it is the weblog. Any feed-back would be greatly appreciated. 158913

    Reply
  • 02.12.2016 at 21:45
    Permalink

    Great web site you have here.. It’s hard to find good quality writing like yours nowadays. I seriously appreciate people like you! Take care!!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: