İlqar Məmmədov yenə azad edilmədi

Bu gün Ali Məhkəmədə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun və Müsavat başqanının müavini Tofiq Yaqublunun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. 

Bu barədə “Basta”nın məhkəmədə olan əməkdaşı Rüfət Baxışbəyli məlumat verir. 

Onun sözlərinə görə, iş Ali Məhkəmə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləmn prosesdə şikayəti təmin etməyib.

Prosesdə iştirak etmək üçün Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli də daxil olmaqla, bir qrup müxalifətçi Ali Məhkəməyə gəliblər. Lakin prosesə gələnlərin, o cümlədən jurnalistlərin əksəriyyəti zala buraxılmayıb.

Qeyd edək ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Şəki Apellyasiya Məhkəməsi yenidən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. İ.Məmmədov həmin qərardan kassasiya şikayəti verib.

Xatırladaq ki, T.Yaqublu əfv sərəncamı ilə azad olunub.



This post has been seen 7 times.

2 thoughts on “İlqar Məmmədov yenə azad edilmədi

  • 03.12.2016 at 05:40
    Permalink

    Hi mates, fastidious piece of writing and nice arguments commented at this place, I am really enjoying by these.|

    Reply
  • 07.12.2016 at 01:08
    Permalink

    great post, very informative. I’m wondering why the opposite experts of this sector do not understand this. You should proceed your writing. I’m sure, you’ve a huge readers’ base already!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: