İntiqam Əliyev daha bir beynəlxalq mükafata layiq görüldü

Tanınmış hüquqşunas, hüquq müdafiəçisi və keçmiş siyasi məhbus İntiqam Əliyev daha bir beynəlxalq mükafata layiq görülüb. “Azadlıq”ın məlumatına görə bu barədə öz facebook səhifəsində onun oğlu, ictimai fəal Nəcmin Kamil yazıb.

“PİLnet” təşkilatının “Publico” mükafatı ictimai maraqların müdafiəsinə görə təqdim olunur.

Mükafatın təqdim edilməsi mərasimi dünən “European Pro Bono Forum” toplantısında 300-dən çox vəkil, QHT rəhbərləri və hüquq müdafiəçiləri təşkilatlarının iştirakı ilə keçirilib.

Turana istinadən Azadlıq radiosu xəbər verir ki, ölkədən çıxışına qadağa qoyulduğundan İntiqam Əliyevin əvəzinə tədbirdə onun oğlu çıxış edib. Xatırladırıq ki, İ. Əliyev 5 il sınaq müddətinə şərti azad olunub. O, nəzarət altındadır və xəbərdarlıq etmədən yaşayış yerini dəyişə bilməz.

“PİLnet – ictimai maraqların müdafiə sahəsində İntiqam Əliyevlə əməkdaşlıq edən bir təşkilatdır. Mükafat yeni təsis olunub və onun ilk laureatı da İntiqam Əliyev olmuşdur”, – “radio” qeyd edir.

bastainfo.com



This post has been seen 14 times.

3 thoughts on “İntiqam Əliyev daha bir beynəlxalq mükafata layiq görüldü

  • 02.12.2016 at 22:26
    Permalink

    Hello just wanted to give you a quick heads up. The words in your post seem to be running off the screen in Safari. I’m not sure if this is a formatting issue or something to do with internet browser compatibility but I thought I’d post to let you know. The style and design look great though! Hope you get the problem fixed soon. Thanks|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: