Krımda gərginlik: Rusiya güc strukturları evlərdə axtarış aparırılar

Simferopol yaxınlığında yerli sahibkarın evində Rusiya güc strukturları ev sakinlərini diz çökməyə məcbur ediblər, zəng etmələrinə də imkan verməyiblər.

ilmi_b181116Rus işğalçıları Krım tatarlarının evlərində axtarış aparırlar. Bu barədə öz facebook səhifəsində Krım tatarları Məclisinin rəhbəri İlmi Ümərov məlumat verib:

“Məlumat gəldi ki, Baxçasaray rayonu, Kaştanovskiy kəndlər birliyi, Otradnoye kəndi, Molodyojnaya küçəsində yaşayan Şərif Qəniyevin evində axtarış aparılır. Şərif qaynaqçı işləyir. Təxminən 40-45 yaşlarındadı. Ora gələ bilmirəm. Kim yaxındırsa, məlumat versin”, – Ümərov yazır.

Onun sözlərinə görə axtarışın səbəbləri məlum deyil.

calalov_b181116Məclis başçısının müavini Nəriman Cəlalov da öz facebbok səhifəsində Simferopol rayonu Sofiyevka kəndində yerli sahibkarın
evində aparılan axtarışdan yazıb. Axtarış uzun çəkməyib.

“Bundan sonra güc strukturları sahibkarın oğlunu özləri ilə aparıblar. Qohumlar hesab edir ki, axtarışa səbəb sahibkar fəaliyyəti olub. Evə hücum edən güc strukturları işçiləri hamını diz üstə otuzdurublar, zəng etməyə imkan verməyiblər, hal şahidləri kimi yerli sakinlərdən dəvət etməyə qadağa qoyublar. Özləri bütün otaqlara baxış keçirəndən sonra ayağa durmağa icazə veriblər və axtarışa başlayıblar”, – o, əlavə edib.

Vəkil Emil Kurbetdinov da oxşar hadisələri öz fb səhifəsində təsvir edib. Bu dəfə Müslim Aliyev adlı Krım tatarını məcburi psixiatrik müayinədən keçməyə psxiatrik xəstəxanaya aparıblar. Vəkilin sözlərinə görə o, İlmi Ümərova dəstək olaraq psixiatrik müayinədən keçməkdən imtina edib.

Xatirladırıq ki, çərşənbə axşamı BMT-nin Baş Assambleyasında Krımda insan haqları sahəsində vəziyyəti mühakimə və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçilərin daxil olmasına imkan verməyə dəvət edən qətnamə qəbul olunmuşdur.

BMT-inin bu sənədlərində ilk dəfədir ki, Rusiya qəsbkar ölkə adlandırılır, Krım və Sevastopol isə, “Ukrayna həqiqətləri” xəbər portalına görə, müvəqqəti işğal olunmuş ərazi kimi qeyd olunur”.

Azər İsmayıl

Bastainfo.com

One thought on “Krımda gərginlik: Rusiya güc strukturları evlərdə axtarış aparırılar

  • 02.12.2016 at 05:36
    Permalink

    You can definitely see your enthusiasm in the work you write. The world hopes for more passionate writers like you who are not afraid to say how they believe. At all times go after your heart.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: