Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı şok qərar

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlamentdə uşaqlara cinsi istismar edənlərin zərər çəkənlə evləndirilməsinə dair təklif irəli sürüb. 

Bu barədə Lent.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Təklifdə qeyd olunur ki, təcavüz edənlə zərərçəkən evlənərsə, cinayətkarın cəzası təxirə düşə bilər. 

Təklif olunan qanun dəyişikliyinə MHP və CHP sərt etirazlarını bildirib.

Parlamentdə və sosial şəbəkələrdə böyük etirazla qarşılanan təklifə münasibət bildirən Türkiyənin Ədalət naziri Bekir Bozdağ isə qanun dəyişikliyini dəstəklədiyini açıqlayıb:

“Hazırda 3-4 min belə insan həbsxanalardadır. Bu hadisədə ən çox zərərçəkən qadındır. Buna görə bu problemi uyğun şəkildə həll etməyə çalışırıq”.

Müzakirələrə və etirazlara baxmayaraq, qanun dəyişikliyi ilk səsvermədə qəbul edilib.

MHP və CHP millət vəkillərinin yenidən açıq səsvermə tələbindən sonra təklif səs çoxluğu ala bilməyib. Buna görə sözügedən qanun dəyişikliyinə növbəti həftə yenidən baxılacaq.

Qanuna görə, yetkinlik yaşına çatmayan şəxslə münasibətə girirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdı, amma əgər qız həmin şəxslə evlənəcəyini bildirirsə, o zaman şəxs məsuliyyətdən azad olunur.  



This post has been seen 1 times.

2 thoughts on “Türkiyədə azyaşlıların cinsi istismarı ilə bağlı şok qərar

  • 30.11.2016 at 20:09
    Permalink

    921371 848753I got what you intend, saved to bookmarks , really decent internet web site . 856825

    Reply
  • 03.12.2016 at 03:28
    Permalink

    Hello there, just became aware of your blog through Google, and found that it’s really informative. I’m gonna watch out for brussels. I will be grateful if you continue this in future. Numerous people will be benefited from your writing. Cheers!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: