Çavuşoğludan erməni deputata sərt təpki – “Qarabağı mən işğal etdimmi?” – VİDEO

NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib

Trend-in verdiyi məlumata görə, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.

Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu deyib: “Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq – Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir”.

M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni “dostlarının” dürüst davranmadığını deyib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: